• $
  • €
  • ₽
  • ₺
  • £

Ombudsman Füzuli və Zəngilanda faktaraşdırıcı missiya həyata keçirib

Ombudsman Füzuli və Zəngilanda faktaraşdırıcı missiya həyata keçirib
20.12.2021 13:20
Azərbaycann İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan tərəfindən işğal dövründə dağıdılmış qəbiristanlıqlarla bağlı faktaraşdırıcı missiyalar həyata keçirir.


Omudsman Aparatından Anews.az-a verilən məlumata görə, faktaraşdırıcı səfərlərin əsası məqsədi 30 ilə yaxın müddətdə işğal altında olmuş Azərbaycan torpaqlarında Ermənistan tərəfindən azərbaycanlılara məxsus qəbirlərin qəsdən dağıdılması hallarını monitorinq etmək, mövcud hüquq pozuntularını müəyyən edərək beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqdır.


Ombudsman Səbinə Əliyeva ilk faktaraşdırıcı missiyanı işğaldan azad olunan Füzuli şəhərində və rayonun Qaraxanbəyli, Dədəli, Kürdlər kəndlərindəki qəbiristanlıqlarda həyata keçirib. Monitorinq zamanı həmin qəbiristanlıqların kütləvi olaraq dağıdıldığı aşkar edilib.


Ombudsman tərəfindən növbəti faktaraşdırıcı missiya Zəngilan rayonunda davam etdirilib. Faktaraşdırıcı missiya çərçivəsində Zəngilan rayonunda dağıdılmış Məmmədbəyli və Ağalı kənd qəbiristanlıqlarına baxış keçirilərək, sübutlar toplanılır.


Faktaraşdırıcı missiya çərçivəsində o da müəyyən edilib ki, beynəlxalq hüququn və beynəlxalq humanitar hüququn normalarını pozan Ermənistan tərəfindən işğal dövründə həmin qəbiristanlıqlardakı məzarlar dağıdılmaqla yanaşı, həmdə ərazi minalanıb.


Qeyd edək ki, Ombudsman tərəfindən faktaraşdırıcı missiyalar çərçivəsində toplanmış materiallar əsasında hesabat hazırlanaraq, insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlara təqdim ediləcəkdir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol