• $
  • €
  • ₽
  • ₺
  • £

Hulusi Akar şəhid Valehin ailəsinə verdiyi sözü tutdu - VİDEO

Hulusi Akar şəhid Valehin ailəsinə verdiyi sözü tutdu - VİDEO
23.12.2021 15:41
Vətən müharibəsində şəhid olan baş leytenant Valeh Məmiyevin ailəsi Türkiyənin milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə Ankaraya səfər edib.


Anews.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin rəsmi saytında məlumat verilib. 


"Azərbaycanlı şəhid baş leytenant Valeh Məmiyev nazirimiz cənab Hulusi Akara işğal altındakı torpaqları azad edəcəklərinə dair söz verib, son nəfəsini verərkən də "Nazir Hulusi Akara verdiyim sözə əməl etdim” demişdi. Şəhidimizin dəyərli ailəsi nazir Akarın dəvəti ilə Ankaraya gəldi”, - deyə məlumatda qeyd olunub.


V.Məmiyevin ailəsi səfər çərçivəsində "Anıtkabir”i də ziyarət edib.


Valehin atası İsbat Məmiyev jurnalistlərə verdiyi açıqlamasında oğlunun Türkiyə və Azərbaycanın həyata keçirdiyi birgə təlimlərdə uğurla iştirak edən əsgərlərdən biri olduğunu qeyd edib. O bildirib ki, Hulusi Akar bu təlimlərdən birində iştirak etib və oğluna uğurları ilə bağlı mükafat verib. O həmçinin vurğulayıb ki, oğlu və Hulusi Akar məhz o zaman tanış olublar. 


İsmat Məmiyev həmçinin oğlunun şəhidlik zirvəsinə ucalmasından da danışıb: "Nazir Hulusi Akar bizə zəng etdi, başsağlığı verdi. Daha sonra bizi Türkiyəyə dəvət etdi. Milli müdafiə naziri Akara çox təşəkkür edirəm. Türkiyə ilə biz qardaşıq, iki qardaş dövlətik”.


O həmçinin Mustafa Kemal Atatürkə olan sevgisini də dilə gətirib: "Atatürk sadəcə Türkiyənin deyil, bütün Türk dünyasının atasıdır. Eyni zamanda bizim də atamızdır. Türk dövlətinin qurucusunun qəbrini ziyarət etməkdən qürur duyuram”. 


V.Məmiyev "Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə” və "Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol