• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir: “Azərbaycan əsir və girovlarla bağlı Ermənistana nümunə göstərdi”

Nazir: “Azərbaycan əsir və girovlarla bağlı Ermənistana nümunə göstərdi”
10.02.2022 10:49
"Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Xarici İşlər Nazirliyi bu illər ərzində əsir və girovlarla bağlı davamlı fəaliyyət göstərib, Azərbaycan bütün mümkün beynəlxalq platformalarda bu məsələni qaldırır”.


Anews.az-ın APA-ya istinadən xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib.


Ceyhun Bayramov deyib ki, Ermənistanın hansı beynəlxalq humanitar hüquq normalarını pozduğu göstərilməklə, BMT və onun müxtəlif agentlikləri, ümumiyyətlə, bütün beynəlxalq təsisatlarda bu məsələlər qaldırılır: "4 fevral tarixində Prezident İlham Əliyev, Fransa Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistan Baş naziri ilə videokonfrans formatında dördtərəfli görüşdə bu məsələlər müzakirə olunub. Müzakirələr əsasən humanitar mövzularla bağlı idi. Azərbaycan Prezidenti bu platformadan da istifadə edərək Birinci Qarabağ müharibəsindən indiyə qədər 3890 nəfər şəxs barədə heç bir məlumatın olmaması, Ermənistanın bu istiqamətdə demək olar əməkdaşlıq etməməsi, beynəlxalq hüquq normalarını, insanlıq dəyərlərini tamamilə tapdalaması, bu barədə məlumatları gizlətməsi məsələsini qaldırıb. Vacib məqam odur ki, Fransa və Avropa İttifaqı Şurası prezidentlərinin iştirakı ilə keçirilən dördtərəfli formatda Ermənistan Baş naziri bu istiqamətdə əməkdaşlıq etməyi vəd edib. Bu, ümumilikdə müsbət inkişaf kimi qeyd edilə bilər. Amma təəccüblüdür ki, bir neçə gün sonra Ermənistan XİN çox təzadlı, suallar doğuran və heç bir məntiqə, insanlığa sığmayan, beynəlxalq hüquqa uyğun olmayan bir formatda açıqlama yayıb. Ermənistan XİN bu istiqamətdə hansısa öhdəliklərin götürülməsini inkar edib. Buna hansısa izahat vermək çətindir. Çünki bu, bir öhdəlikdir. Mən moldovalı həmkarımla görüşdə dedim ki, Azərbaycan bu istiqamətdə Ermənistana bir nümunə göstərir. Azərbaycan 44 günlük Vətən müharibəsi başa çatandan sonra həm Beynəlxalq Qızıl Xaç Komitəsi, həm Rusiya, həm Ermənistan hərbçiləri ilə bu istiqamətdə əlaqələr yaratdı, birgə fəaliyyət apardı. Bu fəaliyyət nəticəsində 1709 erməni hərbçisinin cəsədi tapılaraq qarşı tərəfə təhvil verildi. Hərbi əməliyyatlar 2020-ci ilin noyabr ayında bitib, sonrakı qış aylarında, ağır şəraitdə, dağlarda, minalanmış ərazilərdə bu fəaliyyət həyata keçirilib. Azərbaycan hərbçiləri də bu işlərdə iştirak edib. Ancaq 30 il keçəndən sonra Ermənistan tərəfindən bu istiqamətdə hansısa tədbirlər görülmür və buna bir don geyindirilir”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol