• $
  • €
  • ₽
  • ₺
  • £

Bu şəxslərə Prezident təqaüdünün təyinatı yekunlaşıb

Bu şəxslərə Prezident təqaüdünün təyinatı yekunlaşıb
01.03.2022 16:21
Prezident İlham Əliyevin 29 dekabr 2021-ci il tarixli Sərəncamına əsasən Müdafiə Nazirliyi və digər qurumlar üzrə "Müharibə veteranı” adı verilmiş şəxslərə də Prezidentin aylıq təqaüdü təyin edilib, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildiirlib ki, sərəncama uyğun olaraq, Müdafiə, Daxili İşlər, Ədliyyə nazirlikləri, Dövlət Sərhəd Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti Nazirlər Kabineti ilə razılaşdırılmış siyahı əsasında "Müharibə veteranı” adı verdikləri şəxslər barədə məlumatları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Zəfər” altsisteminə daxil edib, Xarici Kəşfiyyat Xidməti və Dövlət Təhlükəsizliyi Xidməti isə bu məlumatları kağız və elektron daşıyıcılarda təqdim ediblər.

Bu məlumatlar əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan dövrdə Azərbaycanda bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və razılaşdırılaraq, adları "Zəfər” altsisteminə daxil edilmiş, habelə kağız daşıyıcılarda təqdim edilmiş veteranlara Prezidentin aylıq təqaüdünün (80 manat) təyinatı prosesi yekunlaşıb.

Həmin şəxslərə təqaüd onların müraciəti olmadan, heç bir sənəd təqdim edilmədən, e-sistem üzərindən proaktiv qaydada təyin edilib.

Təyinat 2022-ci ilin 1 yanvarından rəsmiləşdirilərək həmin vaxtdan hesablanıb ödənilir. Təqaüd təyin edildiyi anda şəxsin telefon nömrəsinə bu barədə, habelə təqaüd kartını hansı bankdan əldə edəcəyinə dair SMS göndərilir.

Müharibə veteranı üçün təqaüdün təyin edilməsi, habelə ödəniş kartını haradan əldə etmələri barədə məlumatı Nazirliyin rəsmi internet səhifəsindəki (sosial.gov.az) "Müharibə veteranı üçün təqaüd” adlı bölməyə daxil olmaqla da öyrənmək olar.

"Müharibə veteranı” statusu və vəsiqəsi şəxsin qulluq keçdiyi qurum tərəfindən müəyyən edilərək Nazirlər Kabineti ilə razılaşdırılmaqla verilir və bundan sonra "Zəfər” altsisteminə daxil edilir. Bunun əsasında isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqaüd təyin olunur.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol