• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda diplomların tanınmasına dair yeni qanunun qəbulu nəzərdə tutulur

Azərbaycanda diplomların tanınmasına dair yeni qanunun qəbulu nəzərdə tutulur
10.12.2022 10:22
Azərbaycanda diplomların tanınmasına dair yeni qanunun qəbulu nəzərdə tutulur. Bu sahədə xeyli yumşalmalar və konseptual baxımdan müəyyən dəyişikliklər olacaq.

Bu fikirləri Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Ülkər Səttarova deyib.

Onun sözlərinə görə, quruma diplomların tanınması ilə bağlı edilən müraciətlərin böyük əksəriyyəti Türkiyə, Gürcüstan, Ukrayna, Belarus, Rusiya və bəzi Qərb dövlətlərindən olur: "Tanınmada üç əsas məsələ nəzərə alınır. Birincisi, namizəd tələbə təhsil almaq niyyətində olduğu ali təhsil müəssisəsinin həmin ölkədə akkreditasiyasının olub-olmamasına fikir verməlidir. Bəzi hallarda vətəndaşlarda elə bir fikir formalaşır ki, namizədin seçdiyi universitet Fransa və ya İsveçrədədirsə, araşdırma aparmağa ehtiyac yoxdur. Belə yanaşma kökündən yanlışdır. Avropa ölkələrində də akkreditasiyadan keçmədən fəaliyyət göstərən universitetlər var”.

TKTA sədri eyni zamanda nostrifikasiya prosesindəki standartlardan da danışıb: "Agentliyin hansısa "qara siyahı"sı yoxdur. Biz tələbənin təhsil aldığı universitetin həmin ölkədə akkreditasiyasının olub-olmamasına baxırıq. Təbii ki, başqa problemlərlə də rastlaşırıq. Misal olaraq, Ukrayna universitetləri ilə bağlı bir çox problemlər olur. Vətəndaşın sənədlərinə baxdığımız zaman məlum olur ki, tələbə dörd il ərzində cəmi 20 gün həmin ölkədədirsə, hüquqşünaslıq diplomu alıb. Təbii ki, bu, heç bir məntiqə sığmır”.

İmtinalarla bağlı dil biliyi məsələsinin vacibliyinə toxunan Ülkər Səttarova vurğulayıb ki, bəzi hallarda Rusiya, Gürcüstan, Ukrayna diplomları ilə yaxınlaşan vətəndaşların, ümumiyyətlə, bu dillərdə anlayışı və hansısa akademik informasiyanı emal etmək səviyyəsində olmadığı məlum olur".

"Adətən, qardaş Türkiyə universitetlərinin diplomları ilə bağlı ciddi problem olmur. Çünki həmin ölkənin diplomlarının 90-95 faizi Azərbaycanda tanınır. Türkiyə diplomları ilə bağlı problem əsasən qiyabi təhsildə müşahidə olunur. Hansı ki, Türkiyədə "açık öğretim" adlanır və bilirsiniz ki, orada bir çox universitetlər qiyabi təhsildən imtina edir”, - TKTA sədri qeyd edib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol