• $
  • €
  • ₽
  • ₺
  • £

Paşinyan Ermənistanla Türkiyə sərhədinin açılmasından DANIŞDI

Paşinyan Ermənistanla Türkiyə sərhədinin açılmasından DANIŞDI
10.01.2023 13:27
Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyənin hava yüklərinin daşınmasına qoyulan qadağanın aradan qaldırılmasını alqışlanan addım hesab edib. Bu barədə o, bu gün keçirilən mətbuat konfrasında deyib. Bu barədə Ermənistan mtbuatı məlumat verib.
 
"Ermənistanla Türkiyə arasında münasibətlər təkcə danışıqlardan deyil, danışıqlar nəticəsində nəticələrin əldə olunması da çox vacibdir. Bu addımlar xüsusi nüamyəndələrin işi üçün də uğurlu hesab edilə bilər. Biz Ərdoğananla bu barədə danışmışıq. Ümid edirəm yaxın gələcəkdə üçüncü ölkə vətəndaşları üçün də sərhəd açılacaq”, – Paşinyan bildirib. 
 
O həmçinin yeni dəhlizlərin yaradılmasına etiraz etmədiyini də bildirib.

"Bütün bunların qarşısını alan yeganə şey Azərbaycanın hansısa dəhlizlərlə bağlı davamlı danışmasıdır. Biz erməni qovşağı ilə bağlı təsəvvürümüzü reallaşdırmağa hazırıq. Biz həmçinin başa düşürük ki, beynəlxalq yükdaşımalarda, logistika zəncirlərində və marşrutlarda qlobal dəyişikliklər baş verir və bu dəyişikliklər regionda sabitlik və sülhün xeyrinə istifadə edilə bilər", - baş nazir bildirib.

Paşinyan yaxın gələcəkdə Ermənistan və Türkiyə milli futbol komandaları arasında keçiriləcək oyunlar çərçivəsində ölkə liderlərinin bir-birinə səfər etməsinin mümkün olub-olmaması ilə bağlı sualı cavablandırarkən deyib ki,  bu, ümumi vəziyyətdən və hər iki tərəfin siyasi iradəsindən asılıdır. Münasibətlərin tənzimlənməsi üçün müsbət imkanlardan istifadə etmək olar.
 
Türkiyə-Ermənistan srhədlərinin açılmasınn mümkünlüyünü Türkiyə prezidenti Ərdoğan 2020-ci il noyabrın 9-da Azərbaycanla Ermənistan arasında imzalanan atəşkəs razılaşmasından  sonra bildirib. 

1991-ci ildə Ermənistan Sovet İttifaqından ayrılaraq müstəqilliyini elan edəndə onu tanıyan ilk ölkə Türkiyə olub. Lakin il sonra Türkiyə Ermənistanla sərhədini bağlayıb.  Buna səbəb Ermənistanın Azərbaycanın ərazisi olan Dağlıq Qarabağı işğal etməsi olub. 
 
2023-cü il yalvarın 6-da Türkiyə ilə Ermənistan arasında yüklərin birbaşa hava daşınmasına qoyulan qadağa aradan götürülüb. Bildirilib ki, bu iki ölkənin xüsusi nümayəndələrinin səyləri nəticəsində əldə olunan razılaşmadır. 
 
Ermənistan mətbuatı yazır ki, hazırda üçüncü ölkə vətəndaşlarının quru sərhədini keçmək imkanlarını nəzərdə tutan başqa bir razılaşmanın da ən qısa zamanda həyata keçiriləcəyi gözlənilir.
 
Gülnar 
 



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol