• $
  • €
  • ₽
  • ₺
  • £

Peskov: Qarabağa istənilən missiya yalnız hər iki tərəfin razılığı ilə göndərilə bilər

Peskov: Qarabağa istənilən missiya yalnız hər iki tərəfin razılığı ilə göndərilə bilər
11.01.2023 14:50
BMT sülhməramlılarının Qarabağa göndərilməsi mövzusu bir neçə dəfə gündəmə gəlib, lakin istənilən missiya yalnız münaqişənin hər iki tərəfinin - həm Bakının, həm də İrəvanın razılığı ilə cəlb edilə bilər. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov çərşənbə günü jurnalistlərlə müsahibəsində deyib.


Yanvarın 10-da Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Rusiya "öz öhdəliklərini yerinə yetirə bilməsə” BMT Təhlükəsizlik Şurasında Qarabağa çoxmillətli missiyanın göndərilməsi təşəbbüsü ilə çıxış edə bilər.

"Bu mövzu dəfələrlə gündəmdə olub. Amma aydındır ki, istənilən missiyalar yalnız münaqişənin hər iki tərəfinin razılığı ilə göndərilə bilər", - Kremlin sözçüsü bildirib. 

2022-ci il dekabrın 12-də bir qrup azərbaycanlı ekoloq Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Laçın dəhlizini bağlayıb. Rəsmi Bakı bəyan edib ki, etiraz aksiyasının məqsədi heç bir yolu bağlamaq deyil və mülki nəqliyyat vasitələri hər iki istiqamətdə sərbəst hərəkət edə bilər.

İrəvan bunu humanitar fəlakət yaratmağa yönəlmiş təxribatı kimi qiymətləndirib. Respublikanın baş naziri Nikol Paşinyanın hökumətin iclasında bəyan edib ki,  blokadaya görə Qarabağda ərzaq qıtlığı yaranıb. Dekabrın 14-də Ermənistan Azərbaycanı Laçın dəhlizinin blokunu açmağa məcbur etmək tələbi ilə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib.
 
Azərbaycan prezidenti İlham Əliyev yanvarın 10-da jurnalistlərə verdiyi müsahibədə bildirib ki, humanitar yardımların aparılmasında heç bir problem yoxdur və aksiya keçirildiyi dövr ərzində 400-dən çox sülhməramlı maşını Laçın dəhlizindən keçib. Prezident bəyan edib ki, Azərbaycan məqsədinə çatmayana qədər həmin yolda aksiya davam etdiriləcək. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol