• $
  • €
  • ₽
  • ₺
  • £

Xorvatiyada beynəlxalq simpoziumda Azərbaycanın mina problemi müzakirə olunub

Xorvatiyada beynəlxalq simpoziumda Azərbaycanın mina problemi müzakirə olunub
06.05.2023 22:30
Xorvatiyanın Voditsa şəhərində keçirilən minatəmizləmə üzrə 19-cu Beynəlxalq Simpozium çərçivəsində respublikamızın bu ölkədəki səfirliyi, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) və Xorvatiya Minatəmizləmə Mərkəzinin birgə təşkilatçılığı ilə "Azərbaycanın minalarla çirklənmə problemi: çağırışlar və həll yolları” mövzusunda tədbir keçirilib.

Tədbirdə müxtəlif ölkələrin minatəmizləmə qurumları, bu sahədə ixtisaslaşmış qeyri-hökumət və donor təşkilatların nümayəndələri, habelə istehsalçı şirkətlərin təmsilçiləri iştirak edib.

Simpoziumda minatəmizləmə sahəsində qabaqcıl elmi-praktiki nailiyyətlər, davamlı həllər, mina qurbanlarına dəstək kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirdə ölkəmizin Xorvatiyadakı fövqəladə və səlahiyyətli səfiri Anar İmanov, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyanın əməkdaşı, azad edilmiş ərazilərin bərpa və yenidənqurması üzrə Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin Katibliyinin rəhbərinin müavini Sultan Hacıyev çıxış edib, ölkəmizin mina probleminə dair təqdimat nümayiş etdirilib.

Natiqlər ölkəmizin işğaldan azad edilmiş ərazilərində mövcud mina və partlamamış hərbi sursat problemi, həmin problemin insan həyatına qarşı törətdiyi ciddi təhdid və işğal dövründə viran edilmiş ərazilərin bərpa və yenidənqurulması işlərinə yaratdığı maneələr barədə məlumatı beynəlxalq qurumların diqqətinə çatdırıb, eləcə də bu sahədə beynəlxalq əməkdaşlıq və dəstəyin vacibliyinə toxunub.
Nümayəndə heyətimiz çıxış edərək cari ayın sonlarında ölkəmizdə keçirilməsi nəzərdə tutulan beynəlxalq humanitar minatəmizləmə konfransının əsas mövzuları olacaq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yeni humanitar minatəmizləmə üzrə milli Dayanıqlı İnkişaf Məqsədi (DİM), habelə qlobal humanitar minatəmizləmə DİM-inin təsis edilməsi barədə məlumat verib.

İxtisaslaşmış beynəlxalq şirkətlərin Azərbaycanda humanitar minatəmizləmə fəaliyyətində mümkün iştirakı, qeyri-texniki və texniki tədqiqat əməliyyatlarında innovativ texnologiyaların tətbiqi, mina qurbanlarının sosial-iqtisadi inteqrasiyasının dəstəklənməsi, habelə Azərbaycanın humanitar minatəmizləmə sahəsindəki təcrübəsinin gələcəkdə digər ölkələrdə tətbiq edilməsi kimi suallar ətrafında geniş müzakirələr aparılıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol