• $
  • €
  • ₽
  • ₺
  • £

Litva şirkətləri və investorları azad edilmiş ərazilərdə layihələrdə iştiraka dəvət edilib

Litva şirkətləri və investorları azad edilmiş ərazilərdə layihələrdə iştiraka dəvət edilib
08.05.2023 20:10
Litva şirkətləri və investorları Azərbaycanın işğaldan azad edilmiş ərazilərində layihələrdə iştiraka dəvət edilib.
 
Bu barədə Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 7-ci iclasında bildirilib.

Komissiyanın iclasına Azərbaycan tərəfindən xarici işlər naziri Ceyhun Bayramov, Litva tərəfindən xarici işlər naziri Qabrielius Landsberqis həmsədrlik edib.

İclasda açılış nitqi ilə çıxış edən nazir Ceyhun Bayramov iki ölkə arasında qarşılıqlı maraqlara, beynəlxalq hüququn fundamental norma və prinsiplərinə əsaslanan tərəfdaşlığın mövcudluğu vurğulanıb. Ali və yüksək səviyyəli səfərlərin, mütəmadi görüşlərin münasibətlərin inkişafına töhfə verdiyi diqqətə çatdırılıb.

Çıxışında C.Bayramov post münaqişə dövründə münaqişədən zərər çəkmiş ərazilərinin reabilitasiyası və yenidən qurulması, habelə əhalinin reinteqrasiyası istiqamətində ölkəmiz tərəfindən həyata keçirilən səylər barədə məlumat verib.

Çıxış zamanı, həmçinin münaqişədən zərər çəkmiş ərazilərin mina və partlayıcı maddələrlə kütləvi şəkildə çirklənməsinin bərpa və yenidənqurma fəaliyyətləri, habelə məcburi köçkünlərin öz evlərinə təhlükəsiz qayıtmasını təmini üçün əsas maneə olduğu vurğulanıb, mina təhdidi ilə mübarizədə Litva tərəfinin əməkdaşlığına ümidvarlıq ifadə olunub.

Çıxışda ticarət və investisiya, enerji təhlükəsizliyi və enerji keçidi, bağlantılar və informasiya texnologiyaları, aqrobiznes, təhsil və mədəni sahələrdə mübadilə də daxil olmaqla digər müxtəlif sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq üçün geniş imkanların mövcudluğundan bəhs edilib.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yaranmaqda olan nəqliyyat qovşağı və Zəngəzur dəhlizinin regional sülh və davamlılıq üçün öz müsbət rolunu oynayacağına və regiondaxili ticarətə təkan verəcəyinə əminlik ifadə olunub.

Çıxışında nazir ölkəmizin Aİ ilə enerji dialoqundan söz açaraq yaşıl elektrik enerjisi şəbəkəsinin Aİ ilə enerji dialoqumuzun mühüm hissəsi olduğunu bildirib, bu istiqamətdə icra edilən layihələrdən bəhs edib. Azərbaycanda bərpa olunan enerjiyə keçid layihələrində Litva şirkətləri ilə əməkdaşlıq etmək üçün geniş imkanların olduğunu vurğulayıb.

İclasın sonunda bağlanış nitqi ilə çıxış edən nazir Ceyhun Bayramov Hökumətlərarası Komissiyanın iclasının iki ölkə üçün yol xəritəsinə rəhbərlik etmək və təkan vermək üçün müntəzəm institusional dialoq mexanizmi kimi əhəmiyyətini vurğulayıb, hər iki ölkədən olan maraqlı tərəflərin ikitərəfli marşrutun əlavə dəyərli sahələrində dialoqu və əlaqələri davam etdirəcəyinə əminlik ifadə edib.

Komissiyanın iclası zamanı Azərbaycan və Litvanın aiddiyyəti qurumlarının rəsmiləri çıxış edib, qurumlararası ikitərəfli görüşlər keçirilib, tədbirin sonunda Komissiyanın 7-ci iclasının Protokolu imzalanıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol