• $
  • €
  • ₽
  • ₺
  • £

Astana və Bakı Transxəzər marşrutunun inkişafı üçün logistika şirkəti yaradıblar

Astana və Bakı Transxəzər marşrutunun inkişafı üçün logistika şirkəti yaradıblar
22.06.2023 20:51
Qazaxıstan və Azərbaycan nümayəndələri Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TİTR) inkişafı üçün logistik şirkətin yaradılması haqqında saziş imzalayıblar. Bu barədə Qazaxıstan hökumətinin mətbuat xidməti ölkənin baş naziri Əlixan Smailovunun Bakıya rəsmi səfərinin yekunlarına dair məlumatında  deyilir.

"Ən mühüm sənədlərdən biri TMTM-nin gələcək inkişafı üçün vahid logistika şirkətinin yaradılması haqqında sazişdir. Bu gün o, Qazaxıstan və Azərbaycan tərəfindən imzalanıb və sazişin digər iştirakçı tərəf - Gürcüstan tərəfindən imzalanması gözlənilir.”, - hesabatda deyilir.

Qazaxıstanın sənaye və infrastrukturun inkişafı naziri Marat Karabayevin sözlərinə görə, tariflərin unifikasiyası və TMTR-də bütün yüklərin emalı ilə vahid şirkət məşğul olacaq. Onun əsas vəzifəsi Çin və Avropa arasında yük daşımalarının həyata keçirilməsi olacaq. Eyni zamanda, tərəflər bütün proseslərin maksimum sadələşdirilməsinə nail olmağa çalışırlar.

"Əvvəllər marşrut üzrə yüklərin çatdırılma müddəti 53 gün idisə, bu gün 18-23 günə endirilib. Yeni şirkətin fəaliyyəti bu il zəmanətli 18 günə, daha sonra isə 10-15 günə endirəcək”, - şöbə müdiri izah edib.

Onun sözlərinə görə, Astana və Bakının imzaladığı sənədlərdən biri TMTR-dən keçən yük axınının rəqəmsallaşdırılmasına aiddir. Bu təşəbbüsün həyata keçirilməsi üçün iri beynəlxalq investorların cəlb edilməsi nəzərdə tutulur.



Smailovun səfərindən sonra Qazaxıstan və Azərbaycan arasında ümumilikdə 10 sənəd imzalanıb. Onların arasında Qazaxıstanın "Kazmunaigas” milli şirkəti və Azərbaycan dövlət neft şirkəti SOCAR arasında imzalanmış Qazaxıstan neftinin Azərbaycan ərazisindən tranziti üzrə strateji əməkdaşlıq haqqında memorandum da var. Bundan əlavə, gəmilərin və dəmir yolu lokomotivlərinin tədarükü sahəsində əməkdaşlığa dair memorandum, o cümlədən "Kazaktelekom” SC arasında Xəzər dənizinin dibi boyunca fiber-optik rabitə xəttinin çəkilməsi üzrə birgə müəssisənin yaradılması haqqında saziş imzalanıb. 
 
Gülnar
 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol