• $
  • €
  • ₽
  • ₺
  • £

Laçın dəhlizi ətrafında səylərimizi davam etdiririk - Rusiya xarici işlər nazirliyi

Laçın dəhlizi ətrafında səylərimizi davam etdiririk - Rusiya xarici işlər nazirliyi
23.06.2023 19:49
Moskva Bakı və İrəvanla təmaslarda Laçın dəhlizi ətrafında vəziyyətin nizamlanması üçün fəal səylərini davam etdirəcək. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın cümə günü yaydığı məlumatda deyilir.

"Rusiya tərəfi Bakı və İrəvanla təmaslarda - Laçın dəhlizi ətrafında vəziyyətin nizamlanması üçün fəal səylərini davam etdirəcək. Biz hər iki tərəfə Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli sazişlərə ən yüksək səviyyədə ciddi əməl olunmasının, Laçın dəhlizində təhlükəsizliyin təmin edilməsində təmkinliliyin və məsuliyyətin dərk edilməsinin vacibliyi ilə bağlı çağırışımızı təkrar edirik”, - Rusiya XİN əlavə edib.

Rusiya Federasiyası Bakını Laçın dəhlizi boyunca nəqliyyatın hərəkətini tamamilə açmağa çağırıb.

Ermənistanın xarici işlər nazirinin müavini Vaan Kostanyan iyunun 19-da mətbuata açıqlamasında bildirib ki, Ermənistan iyunun 15-da Həkəri körpüsü yaxınlığında Azərbaycan hərbçilərinin bayraq qaldırılması ilə bağlı yaranan gərginliyə görə Rusiyadan rəsmi cavab gözləyir. 
 
İyunun 15-də Ermənistan silahlı qüvvələri Laçın dəhlizində 2023-cü il aprelin 23-də quraşdırılmış Azərbaycan sərhəd-buraxılış məntəqəsini atəşə tutub. Nəticədə Dövlət Sərhəd Xidmətinin (DSX) hərbçisi yaralanıb. Azərbaycan Xarici İşlər Nazirliyi baş verən hadisəni pisləyib və "beynəlxalq ictimaiyyəti Ermənistan tərəfinin bu təxribatını qətiyyətlə pisləməyə və Ermənistanı bölgədə sülh və sabitliyə hədə olan təcavüzkar hərəkətlərdən çəkinməyə" çağırıb. 
 
Baş verən insidentdən sonra Laçın sərhəd-keçid məntəqəsində avtomobillərin keçidi tam dayandırılıb.
 
Azərbaycan Respublikası Baş Prokurorluğunun məlumatında görə, "baş verənlərlə bağlı hərtərəfli təhqiqat aparılmayınca, eyni zamanda Ermənistan təxribata görə bütün məsuliyyəti öz üzərinə götürməyənə qədər bu, belə davam edəcək".

 
Azərbaycan Baş Prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.3, 29,120.2.4 və 29,120.2.11, 29,120.2.12-ci (bir qrup şəxs tərəfindən xidməti vəzifəsini yerinə yetirən şəxsi ümumi təhlükəli üsulla, terrorçuluqla əlaqədar və milli düşmənçilik niyyəti ilə öldürməyə cəhd), 214.2.1. 214.2.3 və 214.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahdan istifadə etməklə ağır nəticələrə səbəb olan terrorçuluq) maddələrilə cinayət işi başlayıb. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol