• $
  • €
  • ₽
  • ₺
  • £

İran Xarici İşlər Nazirliyi ABŞ və Böyük Britaniyanı regionda sabitliyi pozmaqda ittiham edib

İran Xarici İşlər Nazirliyi ABŞ və Böyük Britaniyanı regionda sabitliyi pozmaqda ittiham edib
07.08.2023 21:37
ABŞ-ın bölgədəki hərbi mövcudluğu təhlükəsizliyin artması ilə nəticələnməyib və onların maraqları regionda qeyri-sabitlik və etibarsızlıqdan ibarətdir. Bu barədə bazar ertəsi İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani məlumat verib.


"Biz Fars körfəzi və Oman dənizinin təhlükəsizliyini ölkənin cənubundakı sahilyanı ölkələrlə birgə əməkdaşlıq çərçivəsində İranın prioritetlərindən biri hesab edirik. Fars körfəzi ölkələri xarici qüvvələrin müdaxiləsi olmadan bu dəniz ərazisinin təhlükəsizliyini təmin edə bilər”, - XİN sözçüsü bildirib.


İran Xarici İşlər Nazirliyinin sözçüsü Londonun İslam İnqilabı Keşikçiləri Korpusunun qara siyahıya salınması ilə bağlı dəfələrlə etdiyi çağırışa işarə edərək, Böyük Britaniyanı regionda terrorçuların sponsoru adlandırıb.


Kənani bildirib ki, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov avqustun 8-də İran və BRİKS arasında əməkdaşlıq üzrə konfransda iştirak edəcək.


İran və Rusiya arasında yaxşı münasibətlərə işarə edən Kənani bu görüşü Rusiya ilə dialoq üçün fürsət adlandırıb. "Tehran İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planına (JCPOA) tərəflərin məsuliyyətlə qayıtmasına hazırdır”.
​
Gülnar
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol