• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyəli nazir - Zəngəzur dəhlizi açılması türk dünyası üçün mühüm addım olacaq

Türkiyəli nazir - Zəngəzur dəhlizi açılması türk dünyası üçün mühüm addım olacaq
13.09.2023 11:57
Zəngəzur dəhlizi bütün türk dünyasını bir-birinə bağlayacaq önəmli addım olacaq. Bu barədə Apa agentliyi Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Türk Dövlətləri Təşkilatının Multimodal Nəqliyyat və Logistika Forumunda çıxışına istinadan yazıb. 
 
"Bu dəhlizin reallaşması Cənubi Qafqazda sülhə töhfə verəcək. Zəngəzur dəhlizi bütün türk dünyasını bir-birinə bağlayacaq önəmli addım olacaq. Biz onun ən qısa zamanda reallaşması üçün Azərbaycanla sıx əməkdaşlıq edirik”, - türkiyəli nazir vurğulayıb. 
 
İyulun 31-də Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyədə səfərdə olan xarici işlər naziri Ceyhun Bayramovla Zəngəzur dəhlizinin açılmasını müzakirə edib.
 
İyulun 24-də Azərbaycan lideri açıqlama verərək vurğulayıb ki, Azərbaycan ərazisində tikinti işlərinin 70% bitib və Zənzəgur dəhlizi işə salınacaq. 
 
İyulun 21-də prezident İlham Əliyev Şuşada jurnalistlərlə görüşündə yaxın üç ildə 150 ​​mindən çox insanın Qarabağa və Şərqi Zəngəzura qayıtmasını təmin etmək planlarını açıqlayıb.
 
İyunun 14-də Türkiyə prezidenti Ərdoğan açıqlamasında vurğulayıb ki, Zəngəzur dəhlizinin yaradılması ilə bağlı problemlər Ermənistanla bağlı deyil, İranın mövqeyi ilə bağlıdır. 
 
Zəngəzur dəhlizi — Azərbaycanın əsas hissəsini onun bir parçası olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirməli olan nəqliyyat dəhlizidir. 
 
2020-ci il İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan üçtərəfli bəyanatın 9-cu maddəsinə görə, Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək dəhlizin qurulması qeyd olunur.

"Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılır. Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə zəmanət verir. Nəqliyyat nəzarəti Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları tərəfindən həyata keçirilir", -bəyanatın 9-cu maddəsində qeyd olunub. 
 
Bəyantın şərtinə əsasən Zəngəzur dəhlizi eni 5 km olan Laçın dəhlizindən fərqli olaraq ərazi dəhlizi deyil, nəqliyyat dəhlizi funksiyası rolunu oynayacağı vurğulanıb. 
 
Eyni zamanda, 2020-ci il Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatlar dayandıqdan sonra İrəvan təkid edir ki, 9 noyabr bəyanatı dəhlizin açılmasını nəzərdə tutmur və Ermənistan belə bir məsələni müzakirə etməkdən imtina edir. 
 
Gülnar Nazimqızı 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol