• $
  • €
  • ₽
  • ₺
  • £

Paris merinin müraciəti radikal qüvvələrin maraqlarına xidmət edir - Səfir

Paris merinin müraciəti radikal qüvvələrin maraqlarına xidmət edir - Səfir
17.11.2023 14:21
Pari meri Ann Hidalqonun müraciəti yanlış məlumatlara əsaslanır və radikal qüvvələrin maraqlarına xidmət edir.Bunu Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva deyib.

"Alovu qızışdırmağa ehtiyac yoxdur, sülhün yolu həqiqətdən keçir. "Paris meri xanım Ann Hidalqo bu yaxınlarda "Azərbaycandakı erməni məhbusları” azad etməyə çağırıb. Səfir və Azərbaycan vətəndaşı kimi mən özümü Paris merinin bu müraciətinə münasibət bildirməyi özümə borc bilirəm, çünki o, yanlış məlumatlara əsaslanır və bu mifləri saxlayan marjinal və radikal qüvvələrin maraqlarına xidmət edir. Sülhə nail olmaq heç də asan iş deyil, çünki sülh həqiqəti söyləməyi tələb edir. Tarix bizə öyrədir ki, dayanıqlı sülh yalanlara son qoymaq deməkdir. Həqiqəti söyləmək üçün isə ilk növbədə başqalarını düşmən kimi təqdim etməmək lazımdır”, - "X" sosial şəbəkə hesaında Paris meri Ann İdalqoya cavab verdiyi açıq məktubda vurğulayıb.
 
Oktyabrın 22-də Qərbi Azərbaycan İcması Fransanın yaxın zamanda Ermənistana silah satması ilə bağlı sazişin imzalanmasının narahatlıq doğurduğunu və Azərbaycana qarşı düşmənçilik olduğunu bildirib.
 
Oktyabrın 11-də  Fransanın xarici işlər naziri Ketrin Kolonna Senatda çıxışı zamanıAzərbaycan 100 mindən çox ermənilərin Qarabağdan çıxmasını planlaşdırıdığını iddia edib. 
 
Oktyabrın 3-də Fransanın xarici işlər naziri Ketrin Kolonna erməni həmkarı Ararat Mirzoyanla keçirdiyi mətbuat konfransında Paris gələcəkdə İrəvanla Ermənistana hərbi texnikanın verilməsini mümkün edəcək saziş bağlamağa razılaşdığını bildirib.

Sentyabrın 17-də Fransanın paytaxtı Paris şəhərinin 15-ci rayonunda keçirilən "Assosiasiyalar Forumu”nda Azərbaycan stendinin qarşısında merin erməniəsilli köməkçisi təxribat törədib. Paris merinin assosiasiyalar üzrə köməkçisi, erməniəsilli Anouch Toranian bir nəfər fransalı həmkarının müşayiəti ilə Azərbaycanın stendinin qarşısında dava salıb və stendi dağıtmağa çalışıb.
 
Sentyabrın 29-da Ermənistan mətbuatı Fransa hökumətinin Ermənistana 5 ton "humanitar yardım" göndərdiyini və bu yardımın Qarabağdan Ermənistana qayıdan şəxslərə veriləcəyini açıqlayıb.

Fransa bundan əvvəl də Azərbaycanın icazəsi olmadan Qarabağda yaşayan ermənilərə Laçın dəhlizi vasitəsilə yardım göndərməyə cəhd edib. 

İyunun 15-də  "Sputnik Armenia" Fransanın Ermənistana 50 ədəd "VAB MK 3" model zirehli transportyor verəcəyi məlumatın verib.

Aygün Mirakif


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol