• $
  • €
  • ₽
  • ₺
  • £

Asim Mollazadə beynəlxalq tribunalın yaradılmasını təklif etdi

Asim Mollazadə beynəlxalq tribunalın yaradılmasını təklif etdi
25.02.2014 14:07
Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Asim Mollazadə Xocalı şəhərində baş verən hadisələrlə bağlı beynəlxalq tribunalın yaradılmasını təklif edib. 
"Azərbaycan Xocalı soyqırımı ilə bağlı beynəlxalq tribunalın yaradılması üçün BMT-yə müraciət etməlidir. Hansısa beynəlxalq qurumun formalaşdırılmasına nail olmaq vacibdir, necə ki, belə strukturlar Ruanda və Serebrenisada baş verənlərlə bağlı yaradılmışdı", - ANN.Az-ın verdiyi xəbərə görə, Asim Mollazadə çıxışında bildirib. 
Millət vəkilinin sözlərinə görə, rəsmi Bakı Xocalıda törədilən vəhşiliklərdə məsuliyyət daşıyan şəxslərin həbs olunması və Beynəlxalq tribunala cəlb edilməsi üçün İnterpola müraciət etməlidir. "Xocalı soyqırımı ilə bağlı beynəlxalq tribunalın yaradılması çox vacibdir, bununla biz təkcə siyasi mənada deyil, həmçinin Xocalıda dinc sakinlərin kütləvi şəkildə qırılmasının ədalətli həllinə nail olacağıq. Bunu bizdən Xocalı qurbanlarının xatirəsi tələb edir", - Asim Mollazadə qeyd edib. O həmçinin vurğulayıb ki, Xocalı hadisələriylə bağlı hökmlər təkcə yerli məhkəmə instansiyaları ilə məhdudlaşmamalı, beynəlxalq arenaya çıxmalıdır. 
Millət vəkili son dövrlərdə Ukraynanın siyasi-ictimai həyatında baş verən hadisələrlə bağlı bu ölkəyə dəstək verməyi də təklif edib. 
"Ukraynada baş verən hadisələr siyasi müstəvidə öz həllini tapmalıdır", - deputat bildirib. 
Onun fikrincə, Azərbaycan Ukraynanın ərazi bötüvlüyünü tanıdığını və dəstəklədiyini bəyan etməlidir. 
"Azərbaycan xalqı Ukraynanın ərazi bütövlüyünü və suverenliyin tanıyır. Biz Ukrayna ilə müttəfiq ölkələrik və buna görə də Azərbaycan beynəlxalq təşkilatlarda bu ölkəyə dəstək verməlidir", - millət vəkili sonda bildirib. 
ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol