• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət Departamenti Azərbaycan və Ermənistanın yaxınlaşması üzərində işləyir

Dövlət Departamenti Azərbaycan və Ermənistanın yaxınlaşması üzərində işləyir
14.02.2024 16:19
Birləşmiş Ştatlar Ermənistan və Azərbaycanın mövqelərini yaxınlaşdırmağa çalışmağa davam edəcək. Bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen jurnalistlərə bildirib.

Azərbaycan-Ermənistan sərhədində baş verən insidentlə bağlı suala cavab olaraq amerikalı diplomat bildirib ki, hazırkı gərginlik diplomatik səylərin artırılmasının vacibliyindən xəbər verir.

"Mən hər hansı konkret son hərəkətlər haqqında spekulyasiya etmək istəmirəm, ona görə də biz tərəfləri bir araya gətirməyə çalışmaq yolunda davam edəcəyik", - O'Brayen deyib.
 
Vaşinqton platformasında Azərbaycan-Ermənistan danışıqları  2023-cü ilin payızından dalana dirənib. 
 
Bu gərginlik Ceyms O`Braynın noyabrın 15-də Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində səsləndirdiyi bəzi fikirlərdən sonra daha çox müşahidə edilib.
 
 O`Brayn dinləmələrdə deyib ki, Ermənistanla sülh sazişi imzalanmayana qədər Azərbaycanla münasibətlər əvvəlki kimi olmayacaq.
 
Bundan sonra da Azərbaycan Xarici İşlər Nazirliyi noyabrın 20-də Vaşinqtonda Ermənistan xarici işlər naziri ilə keçirilməsi təklif olunan görüşlərindən imtina etdiklərini açıqlayıb. 
 
2023-cü ilin dekabrında O`Brayn Azərbaycana gəlsə də münasibətlərdə istiləşmə  müşahidə olunmadı.
 
1988-ci ildə başlayan Qaqabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa etmişdi. Ancaq tərəflər sülh sazişi ( danışıqlar həm Avropa İttifaqının, həm də Rusiyanın ayrılıqda vasitəçilikləri ilə aparılır) imzalamayıb.
 
Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib. Bu il sentyabrın 19-20-də isə Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yeravan bunu "etnik təmizlənmə” və "təcavüz” kimi dəyərləndirib.
 
Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.Sentyabrın 28-də tanınmayan qurum faliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.
 
N.Təbrizli

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol