• $
  • €
  • ₽
  • ₺
  • £

COP29-un uğurlarını dəstəkləməliyik - Fransanın Azərbaycandakı səfiri

COP29-un uğurlarını dəstəkləməliyik - Fransanın Azərbaycandakı səfiri
24.05.2024 23:08
Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus nümayəndələrinin səfəri çərçivəsində Laçına gedən Fransanın Azərbaycandakı səfiri Ann Buayon burada bərpa işləri başladıqdan sonra hansı nailiyyətlərin əldə olunduğunu görmək istədiyini bildirib.

"Report” xəbər verir ki, bu, diplomatın Laçına ilk səfəridir:

"Bu, mənim Laçına ilk gəlişimdir. Bu gün COP29-a həsr olunmuş tədbir keçirilir və hesab edirəm ki, bu, Azərbaycanın COP29 sədrliyinin prioritetləri haqqında daha çox öyrənmək üçün yaxşı fürsətdir. Bu bizə regionun bərpa olunan enerji, turizm və kənd təsərrüfatı istiqamətində bərpası haqqında daha çox məlumat əldə etməyə imkan verdi”.

Laçında aparılan bərpa-quruculuq işlərinin oyatdığı təəssürata gəldikdə isə diplomat buranın çox gözəl olduğunu vurğulayıb:

"Buranın spesifik yer olduğunu anlayıram, çünki Laçında Ağdam və digər bölgələrdə olduğu qədər dağıntılar yoxdur. Burada bərpa işləri başlayandan sonra hansı nailiyyətlərin əldə olunduğunu görmək maraqlı idi”.

COP29 çərçivəsində əməkdaşlıq məsələsinə toxunan səfir qeyd edib ki, belə bir əməkdaşlıq artıq mövcuddur:

"COP29-un Prezidenti bir həftə əvvəl Parisdə idi. COP29 qlobal bir hadisədir, dünyanın və uşaqlarımızın gələcəyi üçün COP29-un uğurlarını dəstəkləməliyik”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol