• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ-ın Azərbaycandakı səfiri Şəhidlər Xiyabanına getdi - Foto

ABŞ-ın Azərbaycandakı səfiri Şəhidlər Xiyabanına getdi - Foto
27.09.2024 12:22
ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi 27 sentyabr Anım Günü münasibətilə Şəhidlər Xiyabanını ziyarət edib. Bu barədə Amerikanın Azərbaycandakı Səfirliyinin rəsmi facebook hesabında paylaşım edilib.  
 
"Bu gün biz Azərbaycan və Ermənistan arasında onilliklər boyu davam edən münaqişə zamanı həyatını itirən azərbaycanlıların xatirəsini ehtiramla yad edirik. Birləşmiş Ştatlar Cənubi Qafqazda sülhün, uzlaşmanın və sabitliyin möhkəmləndirilməsinə sadiq qalır. Biz regionun bütün xalqlarının rifahı naminə humanitar yardım, minaların təmizlənməsi və davamlı və layiqli sülh sazişinin əldə edilməsi səylərini dəstəkləməyə davam edirik.” – Səfir bildirib. 
 
Həmçinin Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Anım Günü ilə bağlı paylaşım edib. 
 
"27 Sentyabr - Anım Günündə müharibədə həyatını itirənləri hörmətlə anırıq. Regiona tezliklə sülh və əmin-amanlığın gəlməsini diləyirik", o yazıb. 
 
2020-ci ilin bu günü Azərbaycanla Ermənistan arasında müharibə başlayıb.
 
44 gün davam edən müharibədə Azərbaycan qalib ölkə olub. Noyabrın 10-da Azərbaycan Rusiya və Ermənistan arasında üçtərəfli bəyanat imzalanıb. 
 
Bəyanatdan sonra Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar dayanıb. 
 
Gülnar 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol