• $
  • €
  • ₽
  • ₺
  • £

Yves-Laurent Sapoval: Mənzil fondu iqlim dəyişikliklərinə uyğunlaşdırılmalıdır

Yves-Laurent Sapoval: Mənzil fondu iqlim dəyişikliklərinə uyğunlaşdırılmalıdır
19.05.2026 10:15

Daşınmaz əmlak qlobal sərvətin 50%-dən çoxunu təşkil edir və bunun təxminən 60-70%-i mənzil fondunun payına düşür. Bunu Fransa Ərazilər, Ekologiya və Mənzil Nazirliyində Davamlı Şəhərlər və Urbanizasiya üzrə nazir nümayəndəsi Yves-Laurent Sapoval bildirib.

Onun sözlərinə görə, mövcud mənzil fondunun qorunması və iqlim dəyişikliklərinə uyğunlaşdırılması əsas prioritetlərdən biridir.

“Söhbət təkcə iqlim dəyişikliklərindən getmir. Mənzillər həm də demoqrafik dəyişikliklərə, xüsusilə əhalinin qocalmasına uyğunlaşdırılmalıdır. Bu, Avropada əsas məsələlərdən biridir”, - Sapoval deyib.

O qeyd edib ki, ölkələr mənzil tikintisini, xüsusilə sosial mənzil layihələrini davam etdirməlidir. Bu, işçilərin yaşayış yerini dəyişərək iş imkanlarına daha rahat çıxışı, eləcə də tələbələrin mənzil təminatı baxımından vacibdir.

Sapovalın sözlərinə görə, mənzil sahəsində əsas çağırışlardan biri mövcud vəziyyəti daha da ağırlaşdırmamaqdır.

“Bunun üçün innovasiyaya ehtiyac var. Bizə çoxlu innovativ həllər lazımdır”, - o əlavə edib.

Gülnar Nazimqızı

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol