• $
  • €
  • ₽
  • ₺
  • £

Milli Məclis Ali Məhkəmə və apellyasiya məhkəmələrinə yeni hakim təyinatlarını təsdiqləyib

Milli Məclis Ali Məhkəmə və apellyasiya məhkəmələrinə yeni hakim təyinatlarını təsdiqləyib
26.05.2026 13:24

Azərbaycan Milli Məclisi bu gün keçirilən iclasda bir sıra məhkəmə təyinatlarını təsdiqləyib.

Qərara əsasən, Sənan Qarayev Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin olunub.

Eyni qərarla İlkin Abdullayev Xankəndi Şəhər Məhkəməsinin sədri vəzifəsindən azad edilərək Ali Məhkəmənin hakimi təyin edilib.

Bakı Apellyasiya Məhkəməsinə aşağıdakı hakimlər təyin olunublar:

Aytən Əliyeva – Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi
Telman Hüseynov – Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi
Elnur Nuriyev – Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi
Fərid İsmayılzadə – Şəki İnzibati Məhkəməsinin hakimi
Elşən Abdullayev – Şirvan Kommersiya Məhkəməsinin hakimi
Elməddin Hüseynov – Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi
Rəna Qafarova – Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi

Şəki Apellyasiya Məhkəməsinə Etibar Mustafayev və Anar Əsgərov təyin olunublar.

Şirvan Apellyasiya Məhkəməsinə isə Fəxri Hacızadə və Nicat Ağabəyov təyinat alıblar.

Bundan əlavə, Nural Əliyev Gəncə Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad olunub, Bilal Məmmədov isə Sumqayıt Apellyasiya Məhkəməsinə təyin edilib.

Qərarlar Milli Məclisin bugünkü iclasında qəbul olunub.

Gülnar Nazimqızı 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Pakistan Prezidenti Zəfər Günü münasibətilə İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Siyasət 16:14
Pakistan Prezidenti Zəfər Günü münasibətilə İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol