• $
  • €
  • ₽
  • ₺
  • £

Moldova Azərbaycan qazının enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirir

Moldova Azərbaycan qazının enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirir
01.06.2026 15:04

Moldova enerji böhranından çıxmaq və enerji təhlükəsizliyini gücləndirmək üçün qaz təchizatı mənbələrini şaxələndirib və bu prosesdə Azərbaycan mühüm rol oynayıb. Bunu Moldovanın energetika naziri Dorin Junghietu Bakı Enerji Həftəsində bildirib.

Nazirin sözlərinə görə, Moldova qısa müddətdə enerji resurslarından demək olar ki, tam asılılıqdan Avropa bazarlarına inteqrasiya olunmuş şaxələndirilmiş enerji sisteminə keçib.

“Moldova, Rumıniya, Bolqarıstan və dostumuz Azərbaycan sayəsində etibarlı və müxtəlif qaz mənbələrinə çıxış əldə etdi”, - nazir bildirib.

O qeyd edib ki, Moldova və Ukrayna rekord qısa müddətdə Avropanın ENTSO-E enerji sisteminə qoşulub ki, bu da ölkənin enerji təhlükəsizliyini gücləndirib.

Junghietunun sözlərinə görə, ölkə son dörd ildə bərpaolunan enerji üzrə quraşdırılmış gücləri 12 dəfə artıraraq 77 meqavatdan 1 giqavatdan çox səviyyəyə çatdırıb.

Nazir bildirib ki, Moldova hazırda enerji saxlama sistemlərinə və Rumıniya ilə Ukrayna istiqamətində yeni enerji bağlantılarına sərmayə yatırır.

Gülnar Nazimqızı

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol