• $
  • €
  • ₽
  • ₺
  • £

Aİ Naxçıvan dəmir yolunun bərpasını ən böyük investisiya layihələrindən biri hesab edir

Aİ Naxçıvan dəmir yolunun bərpasını ən böyük investisiya layihələrindən biri hesab edir
05.06.2026 17:30

Avropa İttifaqının (Aİ) Azərbaycanda planlaşdırdığı ən iri investisiya layihələrindən biri Naxçıvan dəmir yolunun yenidən qurulmasına dəstəkdir. Bu barədə  Avropa İttifaqı (Aİ) Nümayəndəliyində Əməkdaşlıq Bölməsinin rəhbəri Viktor Bojkov Aİ–Azərbaycan tərəfdaşlığının 30 illiyi və Gəncədə həyata keçirilən layihələrə dair keçirilən media brifinqində deyib.

Onun sözlərinə görə, bir neçə həftə əvvəl Naxçıvana səfər edən nümayəndə heyəti Culfadan Naxçıvana qədər olan dəmir yolu xəttinə baxış keçirib. Səfər çərçivəsində xəttin vəziyyəti yerində qiymətləndirilib və gələcək investisiya ehtiyaclarının müəyyənləşdirilməsi üçün ekspert araşdırmaları aparılıb.

Bojkov bildirib ki, ekspertlər dəmir yolunun bərpası üçün ən uyğun investisiya modelini və layihənin dəyərini müəyyənləşdirmək üzərində işləyirlər.

“Ekspertlərin hamısı bir məsələdə həmfikir idi – dəmir yolu xətti ümumilikdə yaxşı vəziyyətdə qalıb. Biz relslərə, körpülərə, keçidlərə baxdıq və xətt boyunca müşahidələr apardıq”, –  o qeyd edib.

Onun sözlərinə görə, Naxçıvan dəmir yolunun yenidən qurulması Aİ-nin Azərbaycandakı gələcək investisiya gündəliyində mühüm yer tutur və təqdimatda qeyd olunan layihələr arasında ən yaddaqalan təşəbbüslərdən biri hesab olunur.

Aytac Zeynalova

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol