• $
  • €
  • ₽
  • ₺
  • £

Hacıyev: uşaqların sosial şəbəkələrdən istifadəsinin tənzimlənməsini nəzərdən keçiririk

Hacıyev: uşaqların sosial şəbəkələrdən istifadəsinin tənzimlənməsini nəzərdən keçiririk
14.07.2026 09:38

Azərbaycan uşaqların və yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinin tənzimlənməsi imkanlarını nəzərdən keçirir və bu sahədə beynəlxalq təcrübəni, o cümlədən Avstraliyanın yanaşmasını öyrənir. Bunu Prezidentin köməkçisi Hikmət Hacıyev bildirib.

Şuşada keçirilən IV Qlobal Media Forumunda çıxış edən Hacıyev deyib ki, hökumətlər uşaqları zərərli məzmundan, kibertəzyiqdən, asılılıq yaradan alqoritmlərdən və psixoloji risklərdən qorumaq üçün tədbirləri gecikdirməməlidirlər.

“Bu, texnologiyanın məhdudlaşdırılması ilə bağlı deyil. Məqsəd uşaqlığın qorunması və rəqəmsal innovasiyaların rəqəmsal məsuliyyətlə paralel inkişaf etməsini təmin etməkdir”, – deyə o bildirib.

Hacıyevin sözlərinə görə, Azərbaycan da bir sıra digər ölkələr kimi Conatan Haydtın The Anxious Generation kitabında irəli sürülən ideyaları öyrənir. O qeyd edib ki, Avstraliya sosial şəbəkələrdən istifadə ilə bağlı qanunvericilik təşəbbüslərini hazırlayarkən həmin kitabdan ilham alıb.

Prezidentin köməkçisi həmçinin süni intellekt sahəsində beynəlxalq etik normaların və tənzimləmə mexanizmlərinin hazırlanmasına çağırıb. O bildirib ki, texnologiyaların inkişaf tempi bu sahədə qaydaların formalaşdırılmasını qabaqlayır.

Hacıyev əlavə edib ki, Azərbaycan vaxtaşırı beynəlxalq dezinformasiya kampaniyalarının hədəfinə çevrilir və CNN telekanalını ölkə ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yaymaqda, Bakıya cavab vermək imkanı yaratmamaqda ittiham edib.

N.Təbrizli

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol