• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanla İran Astara yük terminalında işlərin tamamlanması istiqamətində müzakirələr aparıb

Azərbaycanla İran Astara yük terminalında işlərin tamamlanması istiqamətində müzakirələr aparıb
07.09.2026 10:56

Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədrləri – Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq arasında telefon danışığı olub. Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Telefon danışığı zamanı cari ilin fevral ayında Bakı şəhərində keçirilmiş Dövlət Komissiyasının 17-ci iclasının yekunlarına dair imzalanmış Anlaşma Memorandumunda əksini tapmış məsələlərin icra vəziyyəti nəzərdən keçirilib.

Tərəflər iqtisadi-ticarət, nəqliyyat-tranzit, energetika, su və digər sahələrdə uğurlu əməkdaşlığı qeyd edib, həyata keçirilən layihələrin icra dinamikasını müzakirə ediblər.

Xüsusilə nəqliyyat sahəsində həyata keçirilən layihələr sırasında Ağbənd–Kəlalə avtomobil körpüsünün tikintisinin başa çatdırılması mühüm nəticə kimi qeyd edilib.

Həmçinin Astara yük terminalında işlərin tamamlanması istiqamətində zəruri məsələlər müzakirə olunub.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfəri ilə bağlı videoçarx paylaşılıb
Siyasət 20:33
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfəri ilə bağlı videoçarx paylaşılıb
Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb
Siyasət 16:36
Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb
İlham Əliyev və Pezeşkianla görüşüb
Siyasət 16:07
İlham Əliyev və Pezeşkianla görüşüb
Milli Məclisin növbəti iclasının gündəliyinə 13 məsələ daxil edilib
Siyasət 14:40
Milli Məclisin növbəti iclasının gündəliyinə 13 məsələ daxil edilib
Əliyev: Xəzərin dayazlaşması ilə bağlı təşəbbüsümüzün aktuallığı təsdiqlənib
Siyasət 13:57
Əliyev: Xəzərin dayazlaşması ilə bağlı təşəbbüsümüzün aktuallığı təsdiqlənib
MDB-yə sədrlik 2027-ci il yanvarın 1-dən Özbəkistana keçəcək
Siyasət 13:33
MDB-yə sədrlik 2027-ci il yanvarın 1-dən Özbəkistana keçəcək
Putinlə Əliyevin görüşü olub
Siyasət 12:46
Putinlə Əliyevin görüşü olub
Əliyev: Azərbaycan 2028-ci ildə MDB-yə sədrlik etməyə hazırdır
Siyasət 11:06
Əliyev: Azərbaycan 2028-ci ildə MDB-yə sədrlik etməyə hazırdır
Prezident iclasda iştirak etmək üçün “Avaza” Kompleksinə gedib
Siyasət 09:31
Prezident iclasda iştirak etmək üçün “Avaza” Kompleksinə gedib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol