• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistan əsir və girovlarla bağlı məlumat mübadiləsi aparmaqdan imtina edir

Ermənistan əsir və girovlarla bağlı məlumat mübadiləsi aparmaqdan imtina edir
27.02.2015 21:56
"Ermənistan əsir və girovlarla bağlı Azərbaycanla Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə məlumat mübadiləsi aparmaqdan imtina edir. Ermənistan bu məsələdə açıqlıq və şəffaflıq göstərmir".
 
"Report" xəbər verir ki, bu barədə jurnalistlərə Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib.

O xatırladıb ki, 2014 cü ildə Parisdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü zamanı tərəflər bu məsələdə razılığa gəliblər. Onun sözlərinə gorə, Azərbaycan bunu müsbət qarşılayıb və əməkdaşlığa hazır olduğunu bildirib.

H.Hacıyev bildirib ki, Azərbaycandan 4 mindən çox şəxs əsir və itkin düşmüş hesab olunur. Ermənistan bu məsələdə açıqlıq və xoş niyyət göstərməlidir.

"Təəssüf ki Ermənistan tərəfindən qeyri-konstruktivlik nümayiş etdirilir. Azərbaycanda ailələr var ki, 20 ildən çoxdur öz yaxınlarından məlumat gözləyirlər".

XİN rəsmisi Ermənistanın bu məsələdə əməkdaşlıqdan imtina etdiyini də vurğulayıb. O əlavə edib ki, beynəlxalq hüquqa görə Ermənistan bu məsələdə məsuliyyət daşıyır.

"Məlumatlar var ki, azərbaycanlılar orda kütləvi şəkildə öldürülüb və kütləvi şəkildə basıdırlıb. Onlar üzərində DNT analizi aparılmalıdır ki, kimlikləri müəyyən edilsin. Ermənistan isə əməkdaşlıqdan imtina edir, destruktivlik göstərir".

ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol