• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident Administrasiyası: "Onlar maaşlarını Azərbaycanı tənqid etdiklərinə görə alırlar"

Prezident Administrasiyası: "Onlar maaşlarını Azərbaycanı tənqid etdiklərinə görə alırlar"
21.04.2015 13:47
"İlk Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasında bədnam qonşularımızın da təsiri var".
 
Trend-in məlumatına görə, bu barədə Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin Siyasi araşdırmalar və analitik təhlil sektorunun müdiri Fuad Axundov jurnalistlərə deyib.

F.Axundov bildirib ki, bu kampaniyanı aparanlar istədikləri nəticəni əldə edə bilmirlər və edə də bilməyəcəklər: "Onların bizə heç bir təsiri yoxdur. Çünki onlar təsir gücünə malik deyillər. Kim nə istəyir, yazsın, biz heç kimdən çəkinmirik. Azərbaycan müstəqil dövlətdir, öz müstəqil siyasəti var".

"Eurovision-2012" mahnı müsabiqəsindən misal gətirən PA rəsmisi bildirib ki, bu müsabiqə Azərbaycanı dünyada xeyli təbliğ etdi və ölkəmiz haqqında müsbət fikirlər formalaşdı: "Buradan da görünür ki, o zaman da Azərbaycana qarşı aparılan kampaniyanın heç bir təsiri olmadı. Azərbaycan mahnı müsabiqəsində qalib gələndə 700 milyon insan Azərbaycanı araşdırıb, tapmağa başladı. İlk Avropa Oyunlarında da belə olacaq. Belə olanda isə düşmənlərimiz Azərbaycanın uğurlarına kölgə salmağa çalışacaqlar. Bunlar heç nəyə nail olma bilməzlər".

F.Axundov bildirib ki, Azərbaycan irəliyə doğru addım atır. PA rəsmisi qeyd edib ki, on il bundan əvvəl Azərbaycan dünyada indiki qədər tanınmırdı: "İndi isə Azərbaycanın beynəlxalq aləmdə bu qədər nüfuz qazanması "dostlarımızı" narahat edir. Mənə elə gəlir, onlar maaşlarını Azərbaycanı tənqid etdiklərinə görə alırlar. Təbii ki, tənqid konstruktiv olanda, biz onları nəzərə alırıq. Lakin bu tənqidlərin məqsədi yalnız Azərbaycanın imicinə zərbə endirməkdir. Azərbaycanla bağlı nəticə göz qabağındadır, bəziləri sə bunu paxıllıqdan görmür".


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol