• $
  • €
  • ₽
  • ₺
  • £

Aviqdor Liberman: Bizim üçün Azərbaycanla əlaqələrin inkişafı əhəmiyyətlidir

Aviqdor Liberman: Bizim üçün Azərbaycanla əlaqələrin inkişafı əhəmiyyətlidir
27.07.2015 18:55
"İsrail neftinin 65 faizi Azərbaycandan idxal olunur”.

Yeni seçilmiş İsrail Knessetində İsrail-Azərbaycan parlamentlərarası dostluq qrupunun yaradılmasına dair iclas keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Oxu.Az-a verilən məlumata görə, İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasından (Azİz) bildiriblər ki, iclası parlamentlərarası dostluq qrupuna rəhbərlik edən deputat, "İsrail - Evimizdir” Partiyasının rəhbəri, İsrailin sabiq xarici işlər naziri Aviqdor Liberman aparıb.

İclasda müxtəlif partiyaları təmsil edən deputatlar, həmçinin Knessetin siyasi müşaviri Oded Ben Qur, İsrail Xarici İşlər Nazirliyinin şöbə müdiri Oded Yosef, İsrailin Azərbaycandakı səfiri Dan Stiv, "Azİz” in baş direktoru Lev Spivak iştirak ediblər.

A.Liberman İsrail-Azərbaycan münasibətləri haqqında geniş məlumat verib. O, Azərbaycanın coğrafi mövqeyini, iqtisadi potensialını qeyd edərək ikitərəfli əlaqələrin inkişafının İsrail üçün əhəmiyyətini vurğulayıb. Toplantıda iki ölkə arasında ticarət əlaqələrinin yüksək səviyyədə olduğu, bu münasibətlərin gələcəkdə daha da inkişaf etdirilməsinin vacibliyi bildirilib. Qeyd olunub ki, İsrail neftinin 65 faizi Azərbaycandan idxal olunur.

Azərbaycanda yəhudiliyin tarixindən danışan A.Liberman yəhudilərin müsəlman, eyni zamanda dünyəvi dövlət olan Azərbaycanda hər zaman rahat yaşadığını, heç bir vaxt milli və dini təcavüzə məruz qalmadığını, dövlətin isə onlara inkişaf etmələri üçün şərait yaratdığını vurğulayıb. Azərbaycanda doğulub yaşayan çox sayda yəhudi alim, mədəniyyət xadimi, müxtəlif sahələrdə tanınmış mütəxəssislərin adları sadalanıb, Azərbaycanda hazırda fəaliyyətdə olan yeni və köhnə sinaqoqların olduğu, müstəqillik illərində yəhudi məktəblərinin, mədəniyyət mərkəzlərinin açıldığı bildirilib.

İclasda iştirak edən İsrail Xarici İşlər Nazirliyinin şöbə müdiri O. Qosef iki ölkə arasında diplomatik əlaqələrin tarixindən, mədəniyyət sahəsində birgə layihələrin hazırlanmasından danışıb. O, parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin davam etdirilməsini təklif edib.

L.Spivak isə Azərbaycanın cəlb olunduğu Dağlıq Qarabağ münaqişəsi, torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi barədə danışıb. O, Azərbaycanın işğal olunmuş torpaqlarının İsrail ərazisindən böyük olduğunu qeyd edib. "Azİz” rəhbəri eyni zamanda deputatların diqqətinə çatdırıb ki, İsrail Knessetində "erməni soyqırımı”nın tanınmasına dair müzakirə cəhdləri hər dəfə Azərbaycanda böyük narahatlıqla qarşılanır. O, Knesset üzvlərindən mümkün qədər bu mövzuda açıqlamalar verməkdən çəkinməyi xahiş edib.

L.Spivakın bu xahişini dəstəkləyən Knessetin siyasi müşaviri Oded Ben Qur təklif edib ki, gələcəkdə bu mövzuda danışarkən ümumiyyətlə, "soyqırımı” sözündən istifadə olunmasın. 

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol