Qubada avtomobil qayadan aşıb, sürücü ölüb

20:27 | 25.06.2021
Qubada avtomobil qayadan aşıb, sürücü ölüb

Qubada avtomobil qayadan aşıb, sürücü ölüb

Quba rayonunda yol qəzası baş verib.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Qaraçay kəndində qeydə alınıb.

Belə ki, Şabran rayon sakini, 1978-ci il təvəllüdlü Qalib Əzməmməd oğlu Əsgərovun sükanı arxasında olduğu "NİVA" markalı avtomobil idarəetmədən çıxaraq qayadan Qaraçay çayının yatağına aşıb. Nəticədə sürücü hadisə yerindəcə ölüb.

Faktla bağlı araşdırma aparılır.
 









www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb