"Arda Turan dincəlməlidir"

03:02 | 04.04.2014
"Arda Turan dincəlməlidir"

"Arda Turan dincəlməlidir"

Çempionlar Liqasının 1/4 finalında "Barselona" ilə ilk matçda zədələnən "Atletiko"nun futbolçusu Arda Turan La Liqada "Vilyareal"la matçda iştirak etməyəcək.

Qol.Az-ın "AS" qəzetinə istinadən yaydığı xəbərə görə, klubun həkimləri müalicəsi davam edən zədəli yarımmüdafiəçinin dincəlməsinin vacibliyini vurğulayıb. Məşqçi heyəti də "Barselona" ilə cavab qarşılaşmasını nəzərə alaraq Ardanın bu matçda oynatmamağa qərar verib.

Qeyd edək ki, A.Turanın Kataloniya təmsilçisi ilə oyuna qədər sağalması üçün səy göstərilir.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM