• $
  • £

Ceyhun Bayramov ABŞ müşaviri ilə görüşüb

Ceyhun Bayramov ABŞ müşaviri ilə görüşüb
16.09.2023 14:15
16 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə görüşüb.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüş zamanı bölgədə cari vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesi, mövcud təhdid və çağırışlar müzakirə olunub.

Nazir Ceyhun Bayramov, cari ilin 1 sentyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ABŞ dövlət katibi Entoni Blinken arasında təmaslar zamanı Ağdam-Xankəndi və Laçın yolunun eyni zamanda açılması istiqamətində əldə olunmuş razılığın həyata keçirilməsinə əngəl törədən tərəfin bundan öncəki razılıqlarda olduğu kimi Ermənistan və onun yaratdığı qondarma rejim olduğunu diqqətə çatdırıb. Bu faktların da öz növbəsində bölgədə guya "humanitar böhran”, "blokada” olması ilə bağlı səsləndirilən iddiaların əksinə, vəziyyətin heç də humanitar deyil, əslində siyasi olduğuna dəlalət etdiyini bir daha göstərdiyi bildirilib.

Ermənistan tərəfinin davamlı hərbi-siyasi təxribatlarına, bütün dünyada Azərbaycan əleyhinə qarayaxma kampaniyası aparmasına, ərazilərimizdə separatçılığı dəstəkləməsinə baxmayaraq, ölkəmizin konstruktiv mövqe sərgiləməsinin fonunda bölgədəki vəziyyətlə yaxından tanış olan bir sıra beynəlxalq tərəfdaşların, o cümlədən ABŞ tərəfinin Ermənistanın rəvayətlərinə uyaraq erməni tərəfinin iddialarını təkrarlamasının qəbuledilməz olduğu bildirilib.

Bu xüsusda, Ermənistanın bölgədə sülh və təhülükəsizliyə əsas təhdid olan, Azərbaycan ərazilərindən hələ də çıxarılmayan erməni silahlı qüvvələrinin mövcudluğundan diqqəti yayındırmaq və beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədilə yaydığı əsassız iddiaların ötən günlərdə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi v.i.e. Yuri Kimin çıxışında öz əksini tapmasının təəssüf doğurduğu bildirilib. ABŞ tərəfi ilə 1 sentyabr razılığına uyğun olaraq yolların paralel açılmasına Ermənistan və qondarma rejim tərəfindən maneçilik törədilməsinin Senatda ABŞ rəsmisi tərəfindən bəyan edilməməsinin vəziyyətə dair yanlış təəssürat yaratdığı vurğulanıb.

Ermənistanın son dövrlərdə atdığı addımların, o cümlədən 2 sentyabr tarixində Ermənistan baş naziri Nikol Paşinyanın ərazilərimizdə separatçılığı təşviq edən təbrik mesajının normallaşma və sülh prosesinə ciddi zərbə vurduğu xatırlanıb.

Azərbaycanın yollardan paralel istifadə edilməsi üzrə razılığa sadiqliyi bir daha diqqətə çatdırılıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın namizədi BMT-də Komitə üzvlüyünə seçilib
Siyasət 22:12
Azərbaycanın namizədi BMT-də Komitə üzvlüyünə seçilib
Türkiyə səfirliyi Azərbaycan Ordusunu təbrik edib
Siyasət 17:07
Türkiyə səfirliyi Azərbaycan Ordusunu təbrik edib
Azərbaycan və İtaliya XİN başçıları strateji tərəfdaşlıq münasibətlərini müzakirə ediblər
Siyasət 16:50
Azərbaycan və İtaliya XİN başçıları strateji tərəfdaşlıq münasibətlərini müzakirə ediblər
Ursula fon der Lyayen Azərbaycana səfər edəcək
Siyasət 14:40
Ursula fon der Lyayen Azərbaycana səfər edəcək
Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Siyasət 23:16
Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezidentin sosial şəbəkə hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım olunub
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım olunub
İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov arasında telefon danışığı olub
Siyasət 20:38
İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov arasında telefon danışığı olub
Muxtar Babayev BMT-nin Baş katibi ilə görüşüb
Siyasət 19:35
Muxtar Babayev BMT-nin Baş katibi ilə görüşüb
Hikmət Hacıyev NATO-nun xüsusi nümayəndəsi ilə görüşüb
Siyasət 19:04
Hikmət Hacıyev NATO-nun xüsusi nümayəndəsi ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol