Rumıniya şəhəri 2021-ci il üçün Avropanın mədəniyyət paytaxtı seçildi

14:43 | 17.09.2016
Rumıniya şəhəri 2021-ci il üçün Avropanın mədəniyyət paytaxtı seçildi

Rumıniya şəhəri 2021-ci il üçün Avropanın mədəniyyət paytaxtı seçildi

Rumıniyanın Timişoara şəhəri 2021-ci il üçün Avropanın mədəniyyət paytaxtı seçilib.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının eksperlərindən ibarət beynəlxalq münsiflər heyətinin rəhbəri Stiv Qrin Rumıniya Milli Kitabxanasında keçirilən mətbuat konfransında məlumat verib.

Sentyabrın 15-də və 16-da namizəd şəhərlər - Baya Mare, Buxarest, Kluj-Napoka və Timişoara arasında yekun seçim edilib.

Timişoara meri Nikolae Robu isə öz növbəsində, 2021-ci ildə keçiriləcək tədbirlər üçün 48,5 milyon avro məbləğində vəsait ayrıldığını diqqətə çatdırıb. Onun sözlərinə görə, bu vəsait şəhər, mahal və mərkəzi büdcədən, həmçinin Avropa Komissiyasının büdcəsindən ayrılacaq.

Timişoaranın inzibati mərkəzi olduğu tarixi Banat əyalətinin eyniadlı filarmoniyasının direktoru İoan Koriolan Qerboni 2021-ci ildə şəhərdə 10-15 min mədəniyyət tədbirinin - sərgilər, tamaşalar və konsertlərin təşkil ediləcəyini vurğulayıb.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb