Rusiyada məmurların maaşı 10 faiz azalıb

16:02 | 02.03.2016
Rusiyada məmurların maaşı 10 faiz azalıb

Rusiyada məmurların maaşı 10 faiz azalıb

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Nazirlər Kabineti və Prezident Administrasiyasında çalışanların əməkhaqları bu il 10 faiz azaldılıb. 

Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.

Lakin mətbuat katibinin yüksək vəzifəli məmurların maaşlarının azalması barədə məlumatı yoxdur.

D.Peskov bildirib ki, 2016-cı ildə Rusiyada məmurların əməkhaqları "kifayət qədər" azalıb: "Əməkhaqları de-fakto 10 faiz azalıb".

O, etiraf edib ki, ümumi 10 faiz azalma onun da maaşına təsir edib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb