Rusiyanın xeyrinə qərar çıxdı

16:00 | 20.04.2016
Rusiyanın xeyrinə qərar çıxdı

Rusiyanın xeyrinə qərar çıxdı

Niderland məhkəməsi Rusiyanın, Yukos neft şirkətinin keçmiş səhmdarlarına 50 milyard dollar ödəməli olması barədə qərarı ləğv edib. Yəni məhkəmə Rusiyanın xeyrinə qərar çıxarıb.

Aprelin 20-də məhkəmə bildirib ki, Rusiya Yukos-un keçmiş səhmdarlarına ödəniş etməli deyil.

Haaqada mənzillənən Daimi Arbitrasiya Məhkəməsi 2014-cü ildə qərar çıxarmışdı ki, Moskva 2003-cü ildə Yukos-u ələ keçirməkdən və rəhbəri, sonradan Kremlin tənqidçisinə çevrilmiş Mikhail Khodorkovsky-ni susdurmaqdan ötrü vergi iddialarından yararlanıb. Rusiya bu məhkəmənin Yukos-la bağlı qərarvermə səlahiyyətində olmadığını bildirib qərarı icra etmirdi.

Keçmiş səhmdarlar kompensasiya uğrunda mübarizəni davam etdirəcəklərini bildiriblər. (Azadliq.org)

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb