Seymur Baycandan Mirşahinə SƏRT SÖZLƏR

16:23 | 23.06.2014
Seymur Baycandan Mirşahinə SƏRT SÖZLƏR

Seymur Baycandan Mirşahinə SƏRT SÖZLƏR

“Mirşahin paxıl adamdı. O, ədəbiyyatdakı yeni imzaları həzm edə bilmir. Paxıllıq bu adamın həyatını cəhənnəmə döndərib. Onun söz oyunları, ədəbi informasiyaları çox köhnəlib. Üstəlik onun bədii təfəkkürü çox aqrardı.” Bu fikirləri yazıçı Seymur Baycan ötən gün “Hesabat” verilişində gedən süjetə cavab olaraq səsləndirib.

 

Kulis.Aza danışan yazıçı deyib ki, Mirşahinin saxta monoloqları yalınız savadsız adamlarda maraq doğura bilər. Bu baxımdan onun yeni ədəbiyyata, yeni imzalara qarşı nifrətini başa düşmək olar.

 

Seymur Baycan Mirşahini meyxananı tirajlamaqda da ittiham edib: “Üzünə ciddi ifadə verib əslində cəfəngiyat danışan bu adam meyxananın Azərbaycanda virus kimi yayılmasında müstəsna rol oynayıb. Meyxananı təbliğ edib sonra ciddi əsər axtarmaq saxtakarlıq göstəricisidi. Meyxanaya qoyulan maya, sərmayə bədii ədəbiyyata qoyulsaydı o zaman Mirşahin ciddi əsər axtarmaqda özündə mənəvi haqq tapa bilərdi. Ümumiyyətlə bu adam yeni ədəbiyyata və yeni imzalara qarşı hər bir fürsətdə öz nifrətini nümayiş etdirir. Burda heç bir sifariş məqsədi filan yoxdu. Bu sırf Mirşahinin içindəki qurdlarıdı ki, zaman-zaman tərpənərək süjetlərə və monoloqlara çevrilir.

 

O, görür ki, ədəbiyyatda yeni imzalar var. Bu imzalar oxunur. Bunu görmək Mirşahin üçün çox dözülməzdir. O, bu yeni imzaların uğuruna heç cürə dözə bilmir. Çünki özünün köhnəldiyinin fərqindədi. Üstəlik gənc yazarlarla müqayisədə özünün nə qədər savadsız olduğunu da hiss etməkdədi. Bu da onun üçün növbəti bir işgəncə mənbəyidir.”

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM