Seyran Ohanyan erməniləri Talışa çağırdı

12:00 | 24.05.2016
Seyran Ohanyan erməniləri Talışa çağırdı

Seyran Ohanyan erməniləri Talışa çağırdı

Ermənistanın müdafiə naziri Seyran Ohanyan mülki erməniləri Qarabağın Talış kəndinə çağırıb. Modern.az saytı Ermənistan mediasına istinadən xəbər verir ki, ötən gün ölkə parlamentində jurnalistlərə açıqlama verən Ohanyan "Talış kəndinin sakinləri artıq evlərinə qayıda bilərlər, hazırda orda vəziyyət təhlükəsizdir” deyib.  
Ermənistanın müdafiə naziri bildirib ki, son günlər Talış istiqamətində ara-sıra atışmalarla müşayiət olunan atəşkəs rejimi ciddi şəkildə pozulmayıb.

Qeyd edək ki, aprelin əvvəlində Talış kəndi istiqamətində şiddətli döyüşlər gedib, erməni silahlı qüvvələri xeyli texnika və canlı qüvvə ilə yanaşı, bir sıra yüksəklikləri də itirib. Nəticədə Azərbaycan Ordusu Talış kəndi ətrafında yeni üstün mövqedə yerləşib. 
Həmin döyüşlər zamanı Talışda yaşayan azsaylı mülki ermənilər kənddən qaçıblar. Ohanyanın indi onları Talışa çağırması mülki ermənilər arasında yaşanan təşvişi sakitləşdirmək məqsədi daşıyır...

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb