Tələbələr "Facebook"u məhkəməyə verdi

12:20 | 21.09.2016
Tələbələr

Tələbələr "Facebook"u məhkəməyə verdi

Hindistanda iki tələbə "Facebook” şirkətini məhkəməyə verib. 

İKT.lent.az-ın "vistanews.ru” saytına istinadən məlumatına görə, gənclər şirkətin sahib olduğu "WhatsApp” messencerinin yeni məxfilik siyasəti tələblərindən razı deyillər. Hazırda əlavə bütün şəbəkə istifadəçilərinin şəxsi məlumatlarını təqdim edir.

Hindistanlı tələbələr "belə yeniliklər milyonlarla istifadəçini təhdid edir" iddiası ilə Dehli məhkəməsinə müraciət ediblər. "Hindistan üçün istifadəçinin messencerin şərtləri ilə razılaşması olduqca şərtidir. Çünki bir çox sakinlərin məxfilik siyasətini anlamaq üçün kifayət qədər təhsili yoxdur. "WhatsApp” sadəcə olaraq istifadəçinin etibarından istifadə etmək qərarına gəlib”, - deyə gənclər bildiriblər.

"WhatsApp” isə özünü müdafiə etmək üçün bildirib ki, "Facebook”un heç bir şəxsi məlumatını ötürmürlər. Bura ancaq adlar və telefon nömrəsi daxildir. Eyni zamanda əlavədən istifadə könüllüdür.

Qeyd edək ki, Hindistanda "WhatsApp” messencerindən 70 milyondan artıq insan istifadə edir. "Facebook” həvəskarlarının sayı isə 150 milyon nəfərdir.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb