Təyyarədə olay: Qadınların ağlasığmaz davası - VİDEO

12:21 | 22.12.2014
Təyyarədə olay: Qadınların ağlasığmaz davası - VİDEO

Təyyarədə olay: Qadınların ağlasığmaz davası - VİDEO

Bir neçə gün öncə Çinin Çonqging şəhərindən Hon Konqa uçan təyyarədə qarışıqlıq yaşanıb, təyyarədəki iki qadın bir qadına uşağının çox səs etdiyini deyib, nəticədə də dava baş verib. 

ANN.Az-ın xəbərinə görə, qadınların sakitləşmədiyini görən pilot onlara xəbədalıq edib ki, əgər dava-dalaşı dayandırmasalar, təyyarə geri qayıdıb məcburi eniş edəcək.

Hadisə səhər 9 radələrində baş verib, ağlayan uşaq səsinə yuxudan oyanan iki qadın  27 yaşlı anaya uşağının çox səs saldığından şikayət ediblər və ondan uşağı dərhal sakitləşdirməyi tələb ediblər. Uşağın sakitləşmədiyini görə iki qadın əyləşdikləri oturacaqlar tam arxaya itələyiblər, bu isə vəziyyəti daha da gərginləşdirib. 

Göyərtə heyəti hadisə baş verən yerə çatıb qadınları ayırana qədər onlardan biri başından zədə alıb.  

Yaxınlıqda oturan sərnişinlərdən biri hadisə barəsində bunları deyib: Mən qadına uşağının səsini kəsməsini tələb edən iki qadının düz yanında oturmuşdum. 
Qadın onlara qışqıra-qışqıra cavab verməyə başladı və biz nə baş verdiyini anlamadan qadın onların oturacağına tərəf əyildi və yumruğuyla qadınlardan birini vurdu. 
Sonra da iki qadın ona vurmağa başladı, bununla da aləm bir-birinə dəydi. 
Onlar dava eləməyə başladılar, uşaq var gücüylə qışqırırdı, digər sərnişinlər də qışqırırdılar. Bu sanki dəhşətli qorxu filmi idi. 

Digər sərnişinlərin müdaxiləsindən sonra təyyarə vaxtında lazım olan yerə enə bilib. Polis hadisəni törədən sərnişinləri sorğu-sual etmək üçün aeroportda gözləyiblər. 

Qəribədir ki, son vaxtlar Çinə məxsus təyyarələrdə belə hadisələrin sayı artmaqdadır. Bir neçə gün əvvəl də Çinə məxsus təyyarədə buna bənzər hadisə yaşanmışdı. Bir kişi təyyarə göyün üzündə olarkən qəza çıxışı qapısını açıb, bunu da sonrada "biraz təmiz hava almaq" istəyiylə izah edib. 

Ondan əvvəl isə daha bir Çin vətəndaşı təyyarədəki qəza çıxışını açmış və bunu da onunla izah etmişdi ki, getdiyi Sanya Fenqhaunq aeroportun tez çatmaq istəyir. 

Mənbə: Daily Mail

ANN.Az
 




0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb