Türkiyədə Azərbaycan filmləri festvalı keçiriləcək

19:41 | 28.11.2013
Türkiyədə Azərbaycan filmləri festvalı keçiriləcək

Türkiyədə Azərbaycan filmləri festvalı keçiriləcək

Gələn il Türkiyədə Azərbaycan filmləri festvalı keçiriləcək. 

Avropa Azərbaycan Cəmiyyətindən (AAC) ANN.Az-a verilən məlumata görə, hazırda Azərbaycan filmlərinin Türkiyədə nümayiş etdirilməsilə əlaqədar layihə hazırlanır. 

Layihə Türkiyənin Pera Muzeyilə AAC Türkiyə ofisi tərəfindən hazırlanır. Hazırda Azərbaycan filmlərinin seçim prosesi gedir. 

Festivalda iştirak etmək üçün təxminən 10-a yaxın seçmə film Türkiyəyə göndəriləcək. Həmin filmlər içərisində daha keyfiyyətli filmlər nümayişə buraxılacaq. 

Festivala göndəriləcək filmlər içərisində Vahid Mustafayevin rejissoru olduğu “Xoca” filminin də yer alacağı planlaşdırılır. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM