Türkiyədə Tacikistan vətəndaşları üçün viza azadlığı ləğv edilib

11:48 | 06.04.2024
Türkiyədə Tacikistan vətəndaşları üçün viza azadlığı ləğv edilib

Türkiyədə Tacikistan vətəndaşları üçün viza azadlığı ləğv edilib

Türkiyəyə səfər edəcək Tacikistan vətəndaşları üçün viza azadlığı ləğv edilib. Bu barədə İhlas xəbər agentliyi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın fərmanına əsasən xəbər verib. 
 
Bildirilib ki, sözügedən qərar 6458 saylı Əcnəbilər və Beynəlxalq Mühafizə Qanununun 18-ci maddəsinə uyğun olaraq qəbul edilib.
 
Türkiyə və Tacikistan arasında diplomatik əlaqələr 1992-ci il yanvarın 29-da Tacikistanın müstəqilliyini tanıdıqdan sonra qurulub. 
 
Daha sonra Türkiyənin Tacikistanın paytaxtı Düşənbədəki səfirliyi 1992-ci il avqustun 4-də açılıb. Bu səfirlik Tacikistanda olan vətəndaş müharibəsi dövründə ölkədə açılan yeganə diplomatik nümayəndəlikdir. Bu dövrdə Türkiyənin Baş naziri Süleyman Dəmirəl Tacikistanı ziyarət edib.
 
Tacikistanın Türkiyədəki səfirliyi isə 1995-ci il oktyabrın 16-da Ankarada fəaliyyətə başlayıb.
 
Türkiyənin Orta Asiyanın digər ölkələri ilə münasibətləri kimi Tacikistan arasındakı münasibətlər də inkişaf edib.
 
 
Aygün Mirakif












www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb