Ukrayna baş naziri Rusiyanı qaz oğurluğunda ittiham etdi

18:14 | 03.06.2014
Ukrayna baş naziri Rusiyanı qaz oğurluğunda ittiham etdi

Ukrayna baş naziri Rusiyanı qaz oğurluğunda ittiham etdi

 Ukrayna baş naziri Arseniy Yatsenyuk Rusiyanı “mavi yanacaq” oğurluğunda ittiham edib.APA-nın "Ukrinform"a istinadən verdiyi məlumata görə, A.Yatsenyuk Ali Radada çıxışı zamanı Rusiyanın Ukraynadan 2 milyard kubmetr qaz oğurladığını bəyan edib. “2005-ci ildəki müzakirələri xatırlayırsınızsa, Rusiya tərəfi bildirirdi ki, guya Ukrayna Rusiyadan qaz oğurlayır. Bu gün mən tam əminliklə deyə bilərəm ki, ruslar “mavi yanacaq” oğurlayırlar. Onlar bizdən ərazi, Krımdan 2,2 milyard kubmetr qaz oğurlayırlar. İndi, kimdir oğru?", - deyə Yatsenyuk vurğulayıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb