• $
  • €
  • ₽
  • ₺
  • £

Səud kralına sui-qəsd olundu

Səud kralına sui-qəsd olundu
12.10.2015 10:24
Səudiyyə Ərəbistanının kralı Salman bin Abduləzizin sui-qəsdə məruz qaldığı iddia olunub.
 
ANS PRESS-in məlumatına görə, iddianı İsrail xüsusi xidmət orqanlarına yaxınlığı ilə tanınan "DebkaFile”adlı internet saytı yayıb. Ailədaxili dövlət çevrilişinə məruz qalan kralın qohumları tərəfindən zəhərləndiyi bildirilir. Xəbər mənbəyi kral Salman bin Abduləzizin Riyad şəhərindəki xəstəxanalardan birinin reanimasiya şöbəsində olduğunu yazır.

Yanvarın 23-də Səudiyyə Ərəbistanının kralı Abdullahın vəfat etməsi ilə onun yerinə qardaşı Salman bin Abduləziz keçdi. Kənardan hər şeyin normal proses daxilində baş verdiyi görünsə də yeni kralın taxta çıxması ilə xanədan üzvləri arasında bitməyən söz-söhbət başladı. Salaman bin Abduləziz hakimiyyəti ələ alan kimi kral Abdullahın imzaladığı kral qərarnaməsini ləğv etdi və öz oğlu Məhəmməd bin Salmanı müdafiə naziri təyin etdi. Sabiq kralın oğlu şahzadə Matab bin Abdullaha isə heç bir vəzifə verilməməsi böhranı daha da böyütdü.

Səud xanədanlığının üzvləri bu vəziyyətə etiraz etdilər. İddialara görə iş o yerə çatıb ki, şahzadə Matab bin Abdullah yeni kralın oğlu, Səudiyyənin müdafiə naziri Məhəmməd bin Salmanı hədələyib. Mart ayında Ərəb Liqasının qurultayında iştirak etmək üçün Misirdə olan kral Salman bin Abduləziz dövlət çevrilişi barədə söz-söhbətdən sonra tədbiri yarımçıq tərk edərək tələsik ölkəsinə qayıdıb.

Ən son Həcc mövsümündə Məkkə şəhərində minlərlə zəvvarın ölümünə səbəb olan 2 bədbəxt hadisə isə kral Salmanın ölkə idarəçiliyindəki səriştəzisliyi məsələsini yenidən gündəmə gətirib.

Bu il sentyabrın 11-də Məscidi Haramda kran aşmış, nəticədə 107 zəvvar dünyasını dəyişmiş, 238 nəfər isə xəsarət almışdı.

Daha sonra Qurban bayramının ilk günü – sentyabrın 24-də Məkkə şəhərinin yaxınlığındakı Mina çölündə şeytan daşlama ayini vaxtı 769 zəvvarın ölümü, minə yaxın insanın yaralanması ilə nəticələnən izdiham faciəsi baş vermişdi.

Bundan sonra Səud ailəsinin mənsubu olan şahzadələrdən biri son günlər kral ailəsində ciddi narahatlıqlar yarandığını, bunun kralın vəzifəsindən uzaqlaşdırılmasına qədər gedə biləcəyini açıqlayıb. ANS PRESS-in məlumatına görə, "The Guardian” qəzetinə açıqlama verən, təhlükəsizlik səbəbindən adının məxfi qalmasını istəyən şahzadə neftin ucuzlaşmasının, Yəmən hərəkatının, kran qəzasının və Minada izdiham facəsinin ailədə narahatlığa səbəb olduğunu demişdi.

Ölkənin qurucusu Abduləziz bin Səudun nəvəsi olduğu bildirilən şahzadənin yaxın günlərdə kralın tutduğu vəzifədən uzaqlaşdırılması üçün ailə böyüklərinə iki məktub yazdığı qeyd edilib. Xəbər mənbəyi qeyd edir ki, şahzadə, yanvarda vəzifəyə gələn kral Salmanın yaxşı idarəçi olmadığını vurğulayıbmış.

Bu ilin yanvar ayının 23-də sabiq kral Abdullah bin Abduləzizin dünyasını dəyişməsindən 5 gün sonra ANS PRESS bəzi mənbələrə istinadən Səud ailəsində tezliklə taxt-tac mübarizəsi başlayacağını xəbər vermişdi.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol