• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya Suriyada sutkada 8 milyon dollar xərcləyir

Rusiya Suriyada sutkada 8 milyon dollar xərcləyir
11.12.2015 23:20
Rusiya hakimiyyəti 2016-cı ildə "İslam dövləti” qruplaşmasına qarşı hərbi kampaniyaya 1,2 milyard dollar xərcləməyi planlaşdırsa da, son hadisələr bu xərclərin artmasına səbəb olub.

Modern.az "Bloomberg” agentliyinə istinadən xəbər verir ki, Rusiya rəhbərliyi ilk vaxtlar Suriyadakı əməliyyatlara gündəlik 4 milyon dollar xərcləyirdi. Lakin sonradan prezident Putin "İslam dövləti”nin mövqelərinin bombalanmasını intensivləşdirmək barədə göstəriş verdi və xərclər sutkada 8 milyon dollara qədər yüksəldi.

Putinin göstərişi noyabrın 24-də Türkiyənin Rusiya təyyarəsini vurması ilə bağlı idi. Beləliklə, Rusiyanın 2016-cı ildə hərbi xərclərinin 1,2 milyarddan 3 milyard dollara qədər yüksələcəyi gözlənilir.

Bundan bir neçə ay əvvəl də Rusiya və beynəlxalq media Suriya kampaniyasının gündəlik 4 milyon dollar xərc tələb etdiyini yazırdılar. Bura aviasiya bombalarının dəyəri, texniki qulluq, infrastruktur xərcləri və şəxsi heyətin aylıq məvacibləri daxildir.

Ekspertlərin fikrincə, 50 milyard dollar (3,1 trilyon rubl) hərbi büdcəsi olan Rusiya Suriyadakı əməliyyatlara maliyyə ayıra bilsə də, münaqişənin illərlə uzanması bu məsələni çətinə salacaq.

Rusiya baş naziri Dmitri Medvedev isə ölkənin Suriyada xərclədiyi vəsaitin miqdarını açıqlamayıb.

"Bu sirdir. Ancaq onu deyə bilərəm ki, xərclər Rusiya Müdafiə Nazirliyinə ayrılan illik büdcənin çərçivəsindən çıxmır”.

Sentyabrın 30-dan Suriyada hava əməliyyatlarına başlayan Moskva "İslam dövləti”ndən çox Bəşər Əsədin əsas siyasi rəqiblərinin mövqelərini bombalamasına görə NATO tərəfindən tənqid olunur.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə zəlzələ olub
Dünya 21:34
Türkiyədə zəlzələ olub
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol