• $
  • €
  • ₽
  • ₺
  • £

2015-ci ildə 70-ə yaxın jurnalist həlak olub

2015-ci ildə 70-ə yaxın jurnalist həlak olub
29.12.2015 13:28
"Sərhədsiz jurnalistlər” (Reporters Without Borders) beynəlxalq təşkilatının hesabatına əsasən,  2015-ci ildə ən azı 67 jurnalist öz işini yerinə yetirərkən həlak olub.

Oxu.Az-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə əsasən, təşkilatın hesabatında bildirilir ki, 2015-ci ildə ümumilikdə 110 jurnalist, 27 mülki jurnalist və 7 media işçisi həlak olub. Ən azı 67 jurnalist öz işini yerinə yetirdiklərinə görə həlak olub, 43 nəfərin ölüm səbəbi isə müəyyən edilməyib.

Təşkilatın məlumatına əsasən, keçən il öz işini yerinə yetirərkən 66 jurnalist həlak olub.

Jurnalistlərin işləməsi üçün ən təhlükəli ölkələr Suriya və İraq hesab olunur. Belə ki, bu ölkələrin hər birində 2015-ci ildə işini yerinə yetirən 9 jurnalist həlak olub. Bundan başqa, İraqda 2015-ci ildə iki, Suriyada isə bir jurnalist naməlum səbəbdən həlak olub.

Üçüncü yeri Fransa tutur ki, bu da 2015-ci ilin yanvarında "Charlie Hebdo” satirik jurnalının redaksiyasına hücum zamanı 8 jurnalistin həlak olması ilə bağlıdır. 

Hesabatda qeyd olunur ki, jurnalistlərin işi üçün təhlükəli olan digər ölkələr Yəmən, Cənubi Sudan, Hindistan, Meksika və Filippindir

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol