• $
  • €
  • ₽
  • ₺
  • £

Roma Papası Gümrüyə gedəcək

Roma Papası Gümrüyə gedəcək
14.05.2016 16:54
Papa İrəvan səfəri çərçivəsində Gümrüdə dini ayin keçirəcək.

İyunun 24-də Ermənistana səfəri planlaşdırılan Roma Papası Fransiskin səfərinin bəzi təfərrüatları məlum olub. ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti xəbər yayıb. Səfərin sonunda Roma Papası və bütün emənilərin katolikosu birgə bəyanatı imzalayacaqlar.

Papa səfər çərçivəsində Ermənistan prezidenti Serj Sarkisyanla görüşəcək. Həmin vaxt İrəvanda yerləşən kilsələrdə yığıncaqlar təşkil ediləcək. Fransiskin erməni katolikosu  II Qareginlə birlikdə həmin yığıncaqların birində iştirak edəcəyi nəzərdə tutulub. 

Papanın səfər proqramına qondarma erməni soyqırımı abidəsini ziyarət etmək də salınıb. O, iyunun 25-də qondarma abidəni ziyarət edəcək.

Fransisk Rusiya hərbi bazası yerləşdirilən Gümrüyə də gedəcək. Bu səfər zamanı onu erməni katolikosu  II Qaregin müşayiət edəcək. Din xadimləri orada ayin mərasimlərində iştirak edəcəklər.  

Roma papası bu il sentyabrın 30-dan oktyabrın 2-nə kimi Tiflis və Bakıya da səfər edəcək.

Məlumdur ki, Ermənistanın Gümrüdə Rusiyanın bir hərbi bazası və 5 mindən çox hərbçisi  var.

Ümumilikdə, Roma Papası ermənilər və erməni lobbisinə yaxınlığı ilə seçilir. Papa bir neçə dəfə qondarma erməni soyqırımı ətrafında qalmaqallı çıxışları ilə gündəmə gəlib. Ötən ilin aprel ayında Roma papası Fransisk ermənilərin I Dünya müharibəsi zamanı Osmanlı əsgərləri ilə döyüşdə qətlini "soyqırım” adlandırıb. Roma papasının bu fikri qondarma soyqırımın 100 illiyi münasibətilə keçirilən tədbirdə səslənib. 

Bundan əlavə Roma papası ötən əsrdə insanlığa qarşı törədilən üç böyük və misilsiz faciələr sırasında qondarma soyqırımı da xatırladıb. "XX əsrin ilk soyqırımı hesab olunanlardan birincisi erməni xalqına vurulan zərbədir”, - deyə Papa bildirib.

Həmin vaxtlar Papa hətta "erməni soyqırımı” üçün ayin də təşkil etmişdi. Tədbirdə Ermənistan prezidenti Serj Sarkisyan, dünya ermənilərinin ruhani lideri və Erməni Apostolik Kilsəsinin Katalikosu II Qaregin və Kilikiya Katalikosu I Aram da iştirak edib.

Bu ayin və Papanın "erməni soyqırımı” ifadəsini işlətməsi rəsmi Ankara və Vatikan arasında münasibətlərin gərginləşməsinə səbəb olmuşdu. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Roma Papası I Fransiskin qondarma erməni soyqırımı barədə dediklərini cəfəngiyat adlandırıb.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol