• $
  • €
  • ₽
  • ₺
  • £

İndi Britaniyanın özü parçalana bilər

İndi Britaniyanın özü parçalana bilər
24.06.2016 17:09
Britaniya referendumunda Avropa İttifaqından çıxmaq barədə qərar qəbul edilməsinin dərhal ardınca Birləşmiş Krallığın özünün parçalanlması üçün real perspektiv yaranıb

Britaniya referendumunda Avropa İttifaqından çıxmaq barədə qərar qəbul edilməsinin dərhal ardınca Birləşmiş Krallığın özünün parçalanlması üçün real perspektiv yaranıb.

Referendum nəticəsinin qəribəliklərindən biri də budur ki, Birləşmiş Krallığın iki yarımmuxtar ərazisinin – Şotlandiya və Şimali İrlandiyanın əhalisi İngiltərədən fərqli olaraq Aİ tərkibində qalmağa səs verib.


Belə görünür ki, indi hadisələr sürətlə inkişaf edəcək.

Şotlandiyanın birinci naziri Nicola Sturgeon az əvvəl bəyan edib ki, Şotlandiyada ikinci müstəqillik referendumu demək olar qaçılmazdır.

O deyib ki, Avropa İttifaqından kənarda qalmaq Şotlandiya üçün qeyri-məqbuldur.

Şotlandiya əhalisinin 62 faizi Aİ tərkibində qalmağa, 38 faizi isə çıxmağa səs verib.

Xanım Sturgeon bildirib ki, Şotlandiyanın Britaniya tərkibindən çıxmasına yol açacaq ikinci referendumun keçirilməsi üçün hüquqi bazanın hazırlanmasına günü bu gündən başlanacaq.

Yaxşı qonşu

Mətbuat konfransında "Şotlandiya ikinci referendum barədə Londonun rəyini nəzərə alacaqmı” sualına xanım Sturgeon "məsləhətləşmə olacaq, lakin son qərarı Şotlandiya parlamenti qəbul edəcək” cavabını verib.


Şotlandiyaya rəsmi rəhbərlik edən Nicola Sturgeon Edinburqda keçirilən mətbuat konfransında deyib ki, Şotlandiya iki il əvvəl keçirilmiş müstəqillik referendumunda, Britaniyanın Aİ tərkibində qalacağına ümid edərək Birləşmiş Krallıqdan ayrılmamaq qərarına səs vermişdi. İndi həmin şərt aradan qalxıb.

O deyib ki, şotlandlar müasir, xürafatsız və açıq insanlardır və Şotlandiya İngiltərə, Şimali İrlandiya və Uelsə "yaxşı qonşu” olaraq qalacaq.

Təhlilçilər bildirirlər ki, indi Şimali İrlandiya ilə bağlı məsələdə də yeni gərginlik müşahidə oluna bilər.

Əhalinin çoxluğunu təşkil edən ingiltərəyönlü siyasətçilər Şimali İrlandiyanın daim İngiltərə ilə qalacağını bəyan etsələr, irland millətçilərinin Sinn Fein təşkilatıbildirib ki, Şimali İrlandiyanın İrlandiya Respublikasına birləşməsi məsələsi gündəliyə gətiriləcək. (Azadliq.org)

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol