Aİ 2 ilə öz ordusunu yaradacaq

Brüsseldə Aİ-nin xarici və daxili təhlükəsizliyinin təmin olunması kimi vəzifələri icra edəcək Avropa ordusunun yaradılması məsələsi ətrafında diskussiyalar aparılır.
APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə "İzvestiya”ya Avropa Komissiyasındakı mənbə bildirib.
Təşəbbüsün təsdiqlənəcəyi təqdirdə Avropanın birləşmiş hərbi bloku artıq 2018-ci ilədək yaradıla bilər.
Bu təşəbbüsün əsas əleyhdarı son zamanadək Böyük Britaniya olub. "Brexit”in nəticələri Aİ ölkələrinə müdafiə sahəsində daha sıx əməkdaşlıq etməyə şərait yaradıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib























