• $
  • €
  • ₽
  • ₺
  • £

Alimlərdən maraqlı İCAD

Alimlərdən maraqlı İCAD
08.10.2016 12:29
"Radioelektron texnologiyalar" konserni insan orqanizminin əsas göstəricilərini qeydə alaraq məlumatları tibbi mərkəzə ötürən yeni teletibbi qadjetini təqdim edib.

ANN.Az Trend-ə istinadən bildirir ki, "CardioMarker" adlı qadjet iki hissədən ibarətdir: ürək hissəsinə bərkidilən daşınan modul elektrokardioqram, temperatur və nəbz kimi göstəriciləri qeydə alır, xüsusi "ağıllı" qolbaq və smartfon üçün proqram isə məlumatları pasiyentə, həkimə və hətta təcili yardım briqadasına göndərə bilir.

Bütün məlumatlar mühafizə olunmuş mobil və radioəlaqə kanalları vasitəsilə real vaxt rejimində ötürülür ki, bununla da məlumatların məxfiliyi qorunur. Pasiyentin göstəriciləri normadan ciddi şəkildə fərqləndikdə qurğu həkimə və ya ən yaxın məsafədə olan təcili yardım briqadasına xəbərdarlıq göndərir.

"CardioMarker" aritmiya, işemiya (infarkt) hallarını aşkarlaya, yorğunluq dərəcəsi, stress səviyyəsi, orqanizmin bərpa olunma qabiliyyəti haqqında məlumatları əldə edə bilir. Qeyd olunan funksiyalar ürək-damar xəstəliklərinin izlənməsi və profilaktikası üçün vacibdir. Bundan başqa, qurğu idman tibbi sahəsində idmançıların göstəricilərinin yaxşılaşdırılması üçün istifadə oluna bilər.

Hazırda kliniki sınaqları keçirilən tibbi qadjetin kütləvi istehsalına cari ilin 3-cü rübünün sonunda başlanılacaq.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol