Azərbaycanlı ailə evində şir saxlayır

Polis yırtıcının bütün sənədlərinin qaydasında olduğunu bildirib
Rusiyanın Saratov vilayətinin Engels şəhərində evində şir balası saxlayan azərbaycanlı ailədən polisə şikayət olunub.
ANN.Az "Report"a istinadən bildirir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin "Engelskoe" Bələdiyyələrarası İdarəsinin məlumatında bildirilir.
Qeyd olunur ki, oktyabrın 6-da Tin-Zinya rayonu ərazisində şir balası görən yerli sakinlər bu barədə polisə məlumat veriblər. Məlumat öz təsdiqini tapıb. Məlum olub ki, Azərbaycandan olan ailə yaxın vaxtlarda daha bir şir balası almaq niyyətindədir.
"Bizim evdə belə heyvanların saxlanmasını qadağan etmək hüququmuz yoxdur. Şir balası peyvənd olunub, onun bütün lazımi sənədləri var", - deyə polisdən bildirilib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Son xəbərlər 
İqtisadiyyat 11:49
İqtisadiyyat 11:42
İqtisadiyyat 11:39
İqtisadiyyat 11:29
İqtisadiyyat 11:01























