• $
  • €
  • ₽
  • ₺
  • £

Əfqanıstan prezidenti: “Taliban”ın gələcəyi yoxdur"

Əfqanıstan prezidenti: “Taliban”ın gələcəyi yoxdur"
29.05.2020 00:16
"ABŞ Əfqanıstana terrorla mübarizədə dəstək verir. Bu, onu göstərir ki, "Taliban” terror təşkilatının gələcəyi yoxdur və məğlub olacaq".
 
APA-nın xəbərinə görə, bunu Əfqanıstanın dövlət başçısı Əşrəf Qəni Bakıda "Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində "Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” mövzusunda keçirilən Nazirlər Konfransında deyib.
 
O bildirib ki, uzun müddət transmilli qüvvələr bəzi dövlətlər üzərində hökmranlıq etmək üçün müxtəlif vasitələrdən istifadə edib: "Biz bu problemin həlli üçün yorulmadan çalışır, Əfqanıstanı Asiyanın qəlbi, bu qitənin iqtisadi qapısına çevirmək üçün irəliləyirik. 
Əfqanıstan terrorizmlə mübarizədə BMT-nin müvafiq sənədlərinə əməl edir". 
 
Terrorun beynəlxalq sülh və təhlükəsizliyə ciddi təhdid olduğunu vurğulayan Əşrəf Qəni deyib ki,  bu, yalnız Əfqanıstanın problemi deyil: "Bu, dövlətlərin birləşməsi üçün əsas şərtdir. Son vaxtlarda İŞİD-in Əfqanıstanda da yayılmasının qarşısı alınır. Doqquz əyalət İŞİD-in işğalından azad olunub. Bu sahədə səylər artırılmalıdır. Tərəfləri regionda daha çox tərəfdaşlığa çağırırıq". 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol