• $
  • €
  • ₽
  • ₺
  • £

KİV: Şimali Koreya öz şəhərini bombaladı

KİV: Şimali Koreya öz şəhərini bombaladı
04.01.2018 22:19
Şimali Koreyanın Pxenyan-Namdo əyalətində ordunun apardığı uğursuz raket sınağı nəticəsində raketlərdən biri Tokçhon şəhərinə düşüb. 

Anews.az xəbər verir ki, bu barədə "The Diplomat” ABŞ hökumətində KXDR-nin raket proqramının monitorinqini aparan mənbəyə  istinadən məlumat yayıb. 

Məlumata görə, insident aprelin 28-də baş verib. Sunçhonun şəhərinin kənarından buraxılan "Hvason-12” ballistik raketi 70 km yüksəkliyə qalxıb, bir müddət sonra isə  şəhərə düşərək, bir sıra sənaye və kənd təsərrüfatı obyektlərinə ciddi ziyan vurub. 

Dərgi sübut olaraq bir neçə fakt göstərib. Məsələn, iyul ayında KXDR-də "Hvason-14” ballistik raketinin ilk uğurlu buraxılışına həsr olunmuş konsert keçirilib. Həmin konsertdə ölkənin Kim İr Senin hakimiyyət illərindən başlayan raket proqramının tarixi - videoicmalı nümayiş olunub.

Videoçarxda "Hvason-12” raket buraxılışının KXDR lideri Kim Çen Inın iştirakı ili keçirilən hər 3 təftişindən təsvirlər təqdim olunub. "The Diplomat” qeyd edir ki, hər üç buraxılış uğurlu olsaydı, ölkənin rəsmi "təbliğat maşını” mütləq onlar barədə danışardı.


Bundan başqa, dərgi "Google Earth” xidmətindən çəkilmiş peyk təsvirini yayıb. Həmin təsvirdə  dağılmış tikililəri görmək mümkündür. Peyk fotoçəkilişinin təxmini müddəti 26-29 aprel göstərilib. 

Məhz həmin tarixdə Şimali Koreyanın növbəti ballistik raket sınağı iflasa uğramışdı. 

"Hvason-12”  maye halında olan, özüalışan yanacaqla işləyir, düşdüyü ərazidə güclü partlayışa və  böyük dağıntılara səbəb ola bilir. Dərgiyə görə, raketin düşdüyü məkanın coğrafi xüsusiyyətlərinə əsasən, həmin ərazidə insan itkisi olmaya da bilər; bu məlumatları dəqiqləşdirmək mümkün deyil. Ancaq raketin trayektoriyasında cüzi dəyişiklik ağır fəsadlara yol aça bilərdi.  

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol